| İslam Kərimov | |
|---|---|
| özb. Islom Abdugʻaniyevich Karimov özb. Ислом Абдуғаниевич Каримов | |
| | |
| 1 sentyabr 1991 – 2 sentyabr 2016 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Niqmatilla Yoldaşov[d] (i. e.) |
| 14 iyul 1990 – 14 sentyabr 1991 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 30 yanvar 1938[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2 sentyabr 2016 (78 yaşında) |
| Vəfat yeri |
|
| Vəfat səbəbi | beyin qansızması[d] |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | dövlət xadimi |
| Uşaqları |
|
| Dini | sünnilik |
| Hərbi xidmət | |
| Qoşun növü | Özbəkistan Silahlı Qüvvələri |
| Döyüşlər |
|
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | siyasətçi |
| Elmi dərəcəsi |
|
| | |
| Təltifləri | |
| | |
| fondkarimov.uz | |
İslam Əbdülqəniyeviç Kərimov (özb. Islom Abdugʻaniyevich Karimov, Ислом Абдуғаниевич Каримов; 30 yanvar 1938[…], Səmərqənd – 2 sentyabr 2016, Daşkənd) — Özbəkistan Respublikasının 1-ci Prezidenti (1990–2016).
Həyatı
İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində anadan olub. Atası özbək, anası tacikdir. 1941-ci ildə uşaq evinə verilən İslam Kərimov bir ildən sonra yenidən ailəsinə qayıdır, lakin 1945-ci ildə yenidən uşaq evinin əbədi qonağı olur. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Orta Asiya Politexnik institutuna qəbul olur. 1960-cı ildə Kərimov mühəndis-mexanik ixsisası ilə universitet təhsilini başa vurur.
Universiteti bitirdiyi il "Taşselmaş" zavodunda usta köməkçisi kimi işləməyə başlayır. 1961–1966-cı illərdə "Çkalov" adına Daşkənd aviasiya istehsalat birliyində mühəndis, konstruktor və aparıcı mühəndis-konstruktor işləyir.
1967-ci ildə o, Daşkənd institutunu bitirərək iqtisadçı ixtisasına yiyələnir. 1983-cü ildə onu Özbəkistan SSR-in maliyyə naziri təyin edirlər. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986-cı ildə Özbək SSR Nazirlər Şurasının sədr müavini və respublikanın Dövlət Plan Komitəsinin sədri seçilir. 1986–1989-cu illərdə Kərimov Kommunist Partiyasının Kaşkadarinskaya vilayət komitəsinin birinci katibi işləyir. O, keçmiş SSRİ-də Özbəkistan Kommunist Partiyasının I katibi (1989–1991) olub. Onu prezident olaraq Özbəkistan SSR-in Ali Soverti 1990-cı ilin 24 martında seçmişdi. 1990-cı ildən ölkənin prezidenti idi. İslam Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik etmişdir.
Ölümü
İslam Kərimov avqustun 27-də qəfildən vəziyyəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdir. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov 2 sentyabrda vəfat etmişdir. Onun ölümü ilə əlaqədar matəm elan olunmuş, bir çox dövlət və hökumət nümayəndələrinin iştirakı ilə təşkil olunan dəfn mərasimi ilə Səmərqənddə dəfn edilmişdir.
Xarici münasibətləri
İslam Kərimovun xarici siyasəti izolasionist sayılır.
Azərbaycanla münasibəti[mənbə göstərilməlidir]
İslam Kərimov siyasi fəaliyyəti dövründə yürütdüyü xarici siyasət kursunda isə Azərbaycan üçün maraqlı bir məqam daha diqqətçəkici olmuşdur. MDB-də yeganə ölkə idi ki, Ermənistanla heç bir iqtisadi, siyasi, mədəni münasibət qurmamışdır. Heç bir vaxt bir-birlərinə rəsmi səfər də etməmişdirlər. İndiyə qədər də Özbəkistanın İrəvanda Ermənistanın isə Daşkənddə səfirliyi fəaliyyət göstərmir.
Ədəbiyyat
- İslam Kərimov. Yüksək mənəviyyat-yenilməz güc. "Oskar" NRM, Bakı, 168 səh.,2010.
- 30 yanvarda doğulanlar
- 1938-ci ildə doğulanlar
- Səmərqənddə doğulanlar
- 2 sentyabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 78 yaşında vəfat edənlər
- Daşkənddə vəfat edənlər
- Səmərqənddə dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Daşkənd Dövlət Texniki Universitetinin məzunları
- İqtisad elmləri namizədləri
- Qızıl Olimpiya ordeni kavalerləri
- "Qızıl runo" ordeni kavalerləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Üç Ulduz" ordeni ilə təltif edilənlər
- "Etiraf" xaçı ilə təltif edilənlər
- Ukraynanın I dərəcəli Knyaz Yaroslav Mudrı ordeninin kavalerləri
- "Stara Planina" ordeni ilə təltif edilənlər
- Qızıl Qartal ordeninin kavalerləri
- Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin kavalerləri
- "İtaliya qarşısında xidmətlərə görə" ordeni ilə təltif edilənlər
- "Müstəqillik" ordeni ilə təltif olunanlar
- Özbəkistanın "Dostluq" ordeni ilə təltif edilənlər
- "Serbiya Respublikası" ordeni kavalerləri
- Ukrayna Prezidentinin fəxri fərqlənmə nişanı ilə təltif edilənlər
- "Şəfəq" ordeni kavalerləri
- "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edilənlər
- Bakı Dövlət Universitetinin fəxri doktorları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Siyasətçi qaralamaları
- İslam Kərimov
- Özbəkistan prezidentləri
- Özbəkistan siyasətçiləri
- "Şeyxülislam" ordeni laureatları
- İnsultdan vəfat edənlər
- Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvləri
- Sov.İKP-nin XIX konfransının nümayəndələri
- Özbəkistan baş nazirləri
- XXI əsr siyasətçiləri
- XX əsr siyasətçiləri