Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının k

İsmət Abasov

  • Ana Səhifə
  • İsmət Abasov

İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini.

İsmət Abasov
Azərbaycan Respublikası Baş nazirinin müavini
22 oktyabr 2013 – 21 aprel 2018
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
23 oktyabr 2004 – 22 oktyabr 2013
Əvvəlkiİrşad Əliyev
SonrakıHeydər Əsədov
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin birinci müavini
23 mart 1997 – 23 oktyabr 2004
Nazirİrşad Əliyev
SonrakıƏhməd Əhmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1954(1954-05-25) (71 yaş)
Doğum yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (–1976)
Fəaliyyəti siyasətçi, iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə doktoru
Təltifləri "Şöhrət" ordeni 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.

22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.

İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir.

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.

23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 2024-cü ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Ailəlidir, iki övladı və beş nəvəsi var.

Əsərləri

  • "Azərbaycanın kənd təsərrüfatı", Bakı, "Elm və təhsil" 2010. 592 səh. +24 səh.şəkil. 500 tiraj.
  • "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011. 640 səh. +60 səh. şəkil. 500 tiraj.
  • "Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı". Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013. 712 səh, 500 tiraj.
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 04, 2026

    Gəncə vilayəti

  • Mart 29, 2026

    Hidayət Heydərov

  • Aprel 13, 2026

    Həsənabad (Neftçala)

  • Aprel 06, 2026

    II Eduard

  • Aprel 10, 2026

    İctimaiyyətlə əlaqələr

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst