Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahangir Bağırov və ya Vladimir Bağırov (6 oktyabr 1919, Həştərxan – 5 iyun 1943, Oboyan, Kursk vilayəti) — SSRİ təyyarəçisi, "Lenin" ordeni laureatı.

Cahangir Bağırov

  • Ana Səhifə
  • Cahangir Bağırov

Cahangir Bağırov və ya Vladimir Bağırov (6 oktyabr 1919, Həştərxan – 5 iyun 1943, Oboyan, Kursk vilayəti) — SSRİ təyyarəçisi, "Lenin" ordeni laureatı.

Cahangir Bağırov
Doğum tarixi 6 oktyabr 1919(1919-10-06)
Doğum yeri
  • Həştərxan, Həştərxan quberniyası, Sovet Rusiyası[d]
Vəfat tarixi 5 iyun 1943(1943-06-05) (23 yaşında)
Vəfat yeri
  • Oboyan, Oboyan rayonu[d], Kursk vilayəti, RSFSR, SSRİ
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Atası Mircəfər Bağırov
Təhsili
  • Moskva Dövlət Universiteti,
  • Daşkənd Hərbi Məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları "Lenin" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Mircəfər Bağırovun böyük oğlu Cahangir, atasının Həştərxanda işlədiyi dövrdə ailə qurduğu zadəgan mənşəli Mariya ilə nikahından 6 oktyabr 1919-cu ildə anadan olmuşdur. 1926-cı ildə anası vəfat etmişdir.

Cahangir 1938-ci ildə Bakı aeroklubundan məzun olub. Eysk hərbi-dəniz məktəbində və Taşkənt hərbi məktəbində oxuyub. İkinci dünya müharibəsində Hərbi Hava Qüvvələrində leytenant rütbəsində qırıcı təyyarəçi olaraq iştirak edib. Moskva ətrafı döyüşlərdə iştirak edib. 1942-ci ildə Serpuxov ətrafındakı döyüşdə yaralanıb. 1 il sonra yaralı halda tərxis olunub. Cahangir müharibəyə yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedib. 40-cı qırıcı hava qüvvələri qvardiyasında (2-ci Hava Qüvvələri Ordusu, 8-ci qırıcı hava diviziyası, Voronej cəbhəsi) döyüşüb.

5 iyun 1943-cü ildə Obayan aerodromu yaxınlığında qeyri-bərabər döyüşdə 7–8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb. Cahangirə vəfatından sonra "Lenin" ordeni veriblər. Şəhidin cənazəsi Həzi Aslanovun köməkliyi ilə Bakıya gətirilərək Yasamal qəbiristanlığında dəfn edilib. Kalininlə mübahisə edən atası Mircəfər Bağırov oğlunun Sovet İttifaqı Qəhrəmanı olmamasının tərəfdarı olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

SSRİ Ali Sovetinin 11 iyun 1943-cü il tarixli əmri ilə "Lenin" ordeni ilə təltif olunmuşdur.

Həmçinin bax

  • Mircəfər Bağırov
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 24, 2026

    Berkə xan

  • Mart 26, 2026

    Ekvador

  • Mart 26, 2026

    Tunc dövrü

  • Aprel 06, 2026

    İtalik dilləri

  • Aprel 08, 2026

    Ufa (çay)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst