Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İsrafil İmamnəzər oğlu Nəzərov (25 avqust  1911, Bakı, 21 dekabr 1987, Bakı), Azərbaycan dövlət və ictimai xadimi, jurnalist, naşir, pedaqoq, Azərbaycan Jurnali

İsrafil Nəzərov

Vikipediya, azad ensiklopediya
İsrafil Nəzərov
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri
18 fevral 1974 20 noyabr 1974
Əvvəlkikomitə yaradılıb
SonrakıCahangir İldırımzadə
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Mətbuat Komitəsinin sədri
7 fevral 1969 4 sentyabr 1972
Sonrakıkomitə ləğv edilib
14 noyabr 1963  
Azərbaycan SSR mədəniyyət nazirinin birinci müavini
1956 1959
NazirMəmməd Qurbanov
Şəxsi məlumatlar
Doğum tarixi 25 avqust 1911(1911-08-25)
Doğum yeri
Vəfat tarixi 21 dekabr 1987(1987-12-21) (76 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1942–1987)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1962 "Şərəf nişanı" ordeni — 1946 "Şərəf nişanı" ordeni — 1971 "Əməkdə fərqlənməyə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı
"Qızıl qələm" mükafatı Azərbaycan SSR əməkdar mədəniyyət işçisi — 1967

İsrafil İmamnəzər oğlu Nəzərov (25 avqust  1911, Bakı, 21 dekabr 1987, Bakı), Azərbaycan dövlət və ictimai xadimi, jurnalist, naşir, pedaqoq, Azərbaycan Jurnalistlər İttifaqının sədri (1959-1974), Azərbaycan SSR Mətbuat  Dövlət Komitəsinin (1972-ci ildən Nəşriyyat, Poliqrafiya və Kitab Satışı işləri üzrə Dövlət Komitəsi adlandırıldı) sədri (1963-1974), “Kommunist” qəzetinin redaktoru (1959-1963), Azərbaycan SSR mədəniyyət nazirliyi radio məlumatları baş idarəsinin rəisi (1953-1956), Azərbaycan SSR mədəniyyət nazirinin birinci müavini (1956-1959)

Həyatı

İsrafil Nəzərov 1911-ci ildə Bakının Balaxanı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Unuversitetində təhsil almış, bu illərdə əmək fəaliyyətnə başlayaraq  “Gənc işçi”, sonradan “Yeni yol” qəzetlərində işləmiş və hər iki qəzetin redaktoru vəzifələrinə qədər yüksəlmişdir. Azərbaycan Teleqraf Agentliyində redaksiya müdiri vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsi illərində (1941-1942) İranda, Təbriz şəhərində çıxan “Vətən yolunda” qəzetinin redaktor müavini, 1942-1946-cı illərdə “Vətən uğrunda” ordu qəzetinin redaktoru vəzifəsində çalışmışdır. Ordudan tərxis olunduqdan sonra “Kommunist” qəzetinin məsul katibi, 1949-1953-cü illərdə “Uşaqgəncnəşr” və “Azərnəşr”in direktoru vəzifələrində çalışmışdır. 1953-1956-cı illərdə Mədəniyyət Nazirliyinin Radio Məlumatları Baş İdarəsinə rəhbərlik edərkən Azərbaycanda televiziya yayımının təşkili, indiki AzTV binasının inşası, onun avadanlıqla təchiz edilməsi, ilk kadrların cəlb olunması və televiziya yayımına başlaması işlərinə rəhbərlik etmişdir. 1956-cı ilin noyabrında o, mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və bu nazirlikdə əvvəl radio və televiziya, daha sonra incəsənət və nəşriyyat sahələrinə kuratorluq etmişdir. 1963-cü ildə Dövlət Mətbuat Komitəsi yaradıldıqda komitənin sədri vəzifəsinə təyin edilmiş və 1974-cü ildə təqaüdə çıxanadək bu vəzifədə çalışmışdır.

İsrafil Nəzərov respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmişdir. O,1959-cu ildə Azərbaycan Jurnalistlər İttifaqı yarandığı gündən on beş il ərzində İttifaqın rəhbəri, eyni zamanda SSRİ Jurnalistlər İttifaqının katibi olmuşdur. VI, VII və VIII çağırış Azərbaycan Ali Sovetinin deputatı,  Azərbaycan KP MK-nın beş qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir. Gənclik illərində respublika komsomolu Mərkəzi Komitəsinin Büro üzvlüyünə daxil edilmişdir. Dövlət Mükafatları üzrə respublika komitəsinin üzvü olmuşdur.  

İsrafil Nəzərov 1945-ci ildə Azərbaycan Dövlət Universitetində jurnalistika şöbəsinin, sonralar Jurnalistika fakultəsinin yaradılmasında fəal iştirak etmiş, uzun illər burada milli jurnalistika kadrlarının yetişdirilməsinə öz tövhəsini vermişdir.

İsrafil Nəzərovun doqquz övladının hamısı ali təhsil almış, müxtəlif peşə sahibləri olmuşlar, onların arasında müəllimlər, həkim, hüquqşünas, rejissor, kitabxanaçı, kinooperator vardır.  

İsrafil Nəzərov 21 dekabr 1987-ci ildə vəfat etmiş, doğulduğu Balaxanı kəndində dəfn olunmuşdur.         

Təltiflər

İsrafil Nəzərovun xidmətləri "Qırmızı Əmək Bayrağı"(1962), iki dəfə "Şərəf Nişanı" (1946, 1971) ordenləri, “Əməkdə fərqlənməyə görə”, “Qafqazın müdafiəsinə görə” və bir neçə başqa medalla, Ümumdünya Jurnalistlər Birliyinin Qızıl medalı (1971), “Qızıl qələm” (1967) mükafatı ilə təltif edilmişdir.  Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür (1967).

Üst