| Arazbarı | |
|---|---|
| 39°34′46″ şm. e. 48°15′46″ ş. u.HGYO | |
| Ölkə |
|
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
![]() Arazbarı | |
Arazbarı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Səmədabad kənd inzibati ərazi dairəsində kənd. 6 may 1997-ci il tarixli 293-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Biləsuvar rayonunun faktiki mövcud olan Arazbarı kəndi dəqiqləşdirmə qaydasında Səmədabad kənd inzibati ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Toponimikası
Toponim elmi ədəbiyyatda Araz (çay adı) və bar (farsca "sahil", "kənar") sözlərindən ibarət olub, "Araz çayının kənarı, yanı, sahili" mənasında izah olunur. Lakin qeyd etmək lazımdır ki, türk dillərində par/bar sözünün bir çox mənaları ilə yanaşı "açıq, geniş düzən", "hərəkət edən, axan" mənalarında işlənməsi hallarına da təsadüf edilir. Bu baxımdan Araspar və ya Arazbar oykoniminin mənası "Araz çayının axdığı geniş düzən" kimi izah oluna bilər.
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Əhalisi
| İl | Daimi əhali | Kişilər | Qadınlar |
|---|---|---|---|
| 1999 | 532 | 239 | 293 |
| 2009 | ↘344 | ↘174 | ↘170 |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə Arazbarı kənd kitabxana filialı və Arazbarı PTS fəaliyyət göstərir.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Biləsuvar rayonunun kəndləri
- Səmədabad (Biləsuvar) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri

