Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İtuçan şəlaləsi elmi ədəbiyyata yeni daxil edilən şəlalələrdən biridir. AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tə

İtuçan şəlaləsi

41°23′08″ şm. e. 47°09′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
İtuçan şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü 14 m
Çay Şin çayı
Yerləşməsi
41°23′08″ şm. e. 47°09′16″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon
Kənd Şin kəndi
İtuçan şəlaləsi xəritədə
İtuçan şəlaləsi
İtuçan şəlaləsi
Xəritə

İtuçan şəlaləsi — Azərbaycan Respublikasının Şəki rayonunun Şin kəndi ərazisində yerləşən şəlalə.

Haqqında

İtuçan şəlaləsi elmi ədəbiyyata yeni daxil edilən şəlalələrdən biridir. AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 2023-cü ilin avqust ayında Şəki rayonu Şin çayı, çayın qolları və ətraf ərazilərində regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı şəlalə qeydə alınıb. Şəlalə Şin çayının sağ sahilində, dəniz səviyyəsindən 1299 metr hündürlükdə, tarixi Axtı-Şəki yolunun üzərində yerləşir.

Alim Qafqaz Ağabalayev verdiyi məlumata görə, Elvin Qarayev tərəfindən qeydə alınan və yerli əhalinin "İtuçan" adlandırdığı şəlalə bugünə qədər elmi mənbələrdə qeyd olunmayıb. Şəlalə yerli əhali tərəfindən İtuçan adlandırılır. Şəlalənin yerli əhali tərəfindən "İtuçan" adlandırılmasının əsas səbəbi isə əvvəlki vaxtlarda həmin şəlalənin yerləşdiyi bu yoldan bir çoban itinin yıxılıb ölməsi ilə bağlıdır.

Şəlalə 14 metr hündürlükən tökülməkdədir.

Həmçinin bax

Üst