Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şıxlar — Azərbaycan Respublikasının Masallı rayonunun Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixl

Şıxlar (Masallı)

38°56′ şm. e. 48°31′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Şıxlar
38°56′ şm. e. 48°31′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Şıxlar xəritədə
Şıxlar
Şıxlar

ŞıxlarAzərbaycan Respublikasının Masallı rayonunun Şıxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Şıxlar kəndi dürüstləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kəndi mərkəz olmaqla Şıxlar kənd Soveti yaradılmışdır.

Toponimiyası

Şıx sözü şeyx sözü ilə eynidir. Şeyx sözünün ərəbcə mənası qoca, ağsaqqal deməkdir. Bu ad orta əsrlərdə qəbilə, tayfa, təriqət başçılarına, görkəmli ilahiyyatçılara, hörmətli adamlara deyilir. Şıxlar — ərəbcə şeyxlər olub, mənası başçı, rəhbər deməkdir. Bu tipli coğrafi adlar "şeyxlərə məxsus", "şeyxlər yaşayan yer", "şeyxlərin nəsli", "şeyxlərin dəfn olunduğu yer" və s. mənasındadır. Əvvəllər Nəzər deyilən şeyx yaşadığından buranın adı Nəzərkənd olub.

Tarixi

Tarixi abidələri

Burada Pirzadə ziyarətgahı yerləşir.

Coğrafiyası və iqlimi

Kənd yüksək dağlıq ərazidə yerləşir. Burdan Viləşçay dəryaçası və Masallıya gözəl panorama açılır.

İqtisadiyyatı

Kənd əhalisi əsasən arıçılıqla məşğul olur. Bundan başqa kənd meyvəçilik, xüsusilə də payızda yetişən heyvasıyla tanınır. Masallıya gedən içməli suyun tamamı bu kənddən təmin olunur.

Əhalisi

Əhalisi 3211 nəfərdir.

Həmçinin bax

Üst