
| İnternet |
|---|
| |
Şəbəkə neytrallığı — İnternet xidmət provayderlərinin (İXP) bütün internet kommunikasiyalarına bərabər münasibət göstərməli, məzmundan, veb-saytdan, platformadan, tətbiqdən, avadanlıq növündən, mənbə və təyinat ünvanından və ya kommunikasiya üsulundan asılı olmayaraq istifadəçilərə və onlayn məzmun təminatçılarına sabit məlumat ötürmə sürətləri təklif etməli olduğu (yəni qiymət diskriminasiyasına yol verilməməsi) prinsip.
Şəbəkə neytrallığı ideyası 1990-cı illərdə ABŞ-da prezident Bill Klintonun administrasiyası tərəfindən dəstəklənirdi. Klinton 1934-cü il Rabitə haqqında Qanuna düzəliş olan 1996-cı il Telekommunikasiya haqqında Qanunu imzaladı. 2025-ci ildə ABŞ məhkəməsi internet şirkətlərinin kommunal xidmətlər kimi tənzimlənməməli olduğuna qərar verdi. Bu qərar şəbəkə neytrallığına dair tənzimləməni zəiflətdi və məsələ ilə bağlı qərarverməni ABŞ Konqresinin və ştat qanunverici orqanlarının ixtiyarına verdi.
Şəbəkə neytrallığının tərəfdarları hesab edirlər ki, bu prinsip İXP-lərin məhkəmə qərarı olmadan internet məzmununu filtrləməsinin qarşısını alır, söz azadlığını və demokratik iştirakçılığı təşviq edir, rəqabəti və innovasiyanı stimullaşdırır, şübhəli xidmətlərin qarşısını alır, başdan-başa prinsipini qoruyur. Əleyhdarları isə hesab edirlər ki, bu prinsip investisiyaları azaldır, rəqabətə mane olur, vergiləri artırır, lazımsız tənzimləmələr tətbiq edir, interneti daha aşağı gəlirli şəxslər üçün əlçatan olmağa qoymur və internet trafiki ehtiyacı ən çox olan istifadəçilərə yönləndirilmir; həmçinin böyük İXP-lərin kiçik provayderlər üzərində onsuz da performans üstünlüyünə malik olduğunu və İXP-lər arasında rəqabət məsələlərinin az olduğu əhəmiyyətli rəqabətin artıq mövcud olduğunu bildirirlər.
Etimologiyası
Termin 2003-cü ildə Kolumbiya Universitetinin media hüququ professoru Tim Vu tərəfindən telefon sistemlərinin rolunu təsvir etmək üçün istifadə olunan ümumi daşıyıcı konsepsiyasının genişləndirilməsi kimi irəli sürülmüşdür.
- İnternetə çıxış
- Şəbəkə neytrallığı