Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şərif Manatov (başq. Шәриф Әхмәтйән улы Манатов; 20 oktyabr 1887, Çelyabinsk qəzası[d], Orenburq quberniyası[d] – 1936, Smorodinka[d], Çelyabinsk vilayəti) — ba

Şərif Manatov

Vikipediya, azad ensiklopediya
Şərif Manatov
başq. Шәриф Әхмәтйән улы Манатов
Azərbaycan Dövlət Pedaqoji Kişi İnstitutu direktoru
1924 1924
ƏvvəlkiHəbib bəy Mahmudbəyov
SonrakıCəlil Məmmədzadə
Başqırdıstanın Türkiyədə nümayəndəsi
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1887(1887-10-20)
Doğum yeri
Vəfat tarixi 1936(1936) (48–49 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Qaliya
Fəaliyyəti jurnalist, siyasətçi

Şərif Manatov (başq. Шәриф Әхмәтйән улы Манатов; 20 oktyabr 1887, Çelyabinsk qəzası[d], Orenburq quberniyası[d]1936, Smorodinka[d], Çelyabinsk vilayəti) — başqırd dövlət və ictimai xadimi, şərqşünas alim, jurnalist, sosioloq, Başqırdıstan milli azadlıq hərəkatının liderlərindən biri. Birinci Türkoloji Qurultayda iştirakçısı olmuşdur.

"Məktəb məcmuəsi" jurnalının məsul müdiri (redaktoru) Sürix şəhərində mühacirət həyatı yaşayarkən V.İ.Leninlə tanış olan, inqilabdan bir müddət sonra İ.V.Stalinin rəhbərliyi altında işləyən, Başqırdıstanın Türkiyədə nümayəndəsi olmuş, daha sonralar Bakıya Xalq Maarif Komissarlığında işləməyə dəvət olunmuş Şərif Manatov idi. Şərif Manatov milliyyətcə başqırd idi. Soyadındakı “manat” sözü doğulduğu başqırd kəndinin adı ilə əlaqəlidir (bu soyad bəzən redaktə olunaraq, oxuculara səhvən Manafov kimi təqdim olunub).

Şərif Manatov bir müddət Azərbaycan Ali Pedaqoji İnstitutunda rektor işləyib.

Üst