| Şərqiyyə Hüseynova | |
|---|---|
| Hüseynova Şərqiyyə Qurban qızı | |
| Doğum tarixi | 12 fevral 1947 (79 yaş) |
| Doğum yeri | Bakı |
| Uşağı | Mehriban (1971-2014) |
| Fəaliyyəti | diktor |
| Mükafatları | |
Şərqiyyə Hüseynova — televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2006).
Həyatı
Şərqiyyə Hüseynova Bakıda anadan olub. Atası hərbçi, anası isə tibb işçisi olub. 5 uşaqlı ailənin ilk övladıdır. Televiziyaya 1967-ci ildə müsabiqə yolu ilə gəlib. 1969-cu ildə ailə qurub. 1971-ci ildə qızı Mehriban dünyaya gəlib. Qızının da bir qızı var — Ayan.
4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Hüseynova Şərqiyyə Qurban qızına Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adı verilmişdir.
Aktyor Ələkbər Hüseynovun xalası qızıdır.
Filmoqrafiya
- Qoy oturmuşuq (veriliş, 2007)
Kateqoriyalar:
- 12 fevralda doğulanlar
- 1947-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Diktorlar
- Bakıda doğulanlar
- Azərbaycanın televiziya aparıcıları
- Azərbaycan Televiziyasının jurnalistləri
- ANS TV-nin jurnalistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri