| Şahmar Əkbərzadə | |
|---|---|
| Şahmar Əkbər oğlu Əkbərzadə | |
| |
| Doğum tarixi | 28 dekabr 1941 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 30 avqust 2000 (58 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Fəaliyyəti | jurnalist, şair |

Şahmar Əkbər oğlu Əkbərzadə (28 dekabr 1941, Çəmənli, Ağdam rayonu – 30 avqust 2000, Bakı) — şair, publisist, jurnalist.
Həyatı
Şahmar Əkbər oğlu Əkbərzadə 1941-ci il 28 dekabrda Ağdam rayonunun Çəmənli kəndində ziyalı ailəsində anadan olmuşdur.
1958-ci ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1960-cı ildə texnikumu bitirmişdir. Elə həmin il M.F.Axundov adına Dillər İnstitutunun Rus dili və ədəbiyyatı şöbəsinə daxil olmuş, 1960-cı ildə Rus dili müəllimi ixtisasını bitirmişdir.
Bir neçə il Çəmənli kənd orta məktəbində müəllim işləmiş, 1968-ci ildə Bakı şəhərinə köçüb "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlamışdır. Sonralar həmin qəzetdə şöbə müdiri vəzifəsində çalışmışdır. "Kommunist" qəzetində müxbir və şöbə müdiri olmuşdur.
1990-cı ildə "Mədəniyyət" qəzetini təsis etmiş və ömrünün sonunadək qəzetin baş redaktoru olmuşdur.
Şahmar Əkbərzadə 2000-ci il avqust ayının 30-da Bakı şəhərində vəfat etmişdir.
10 fevral 2014-cü ildə adını daşıyan "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunmuşdur. Ölümündən sonra "Xarı Bülbül Nəğmələri" kitabı çap olundu.
Şeirləri
- "Qarabağsız Qarabağlı"
- "Dayanın!"
- "Özün özgənin"
- "Qrimləyir"
- "Yollar"
- "Təzə nağara"
- "Allah amandır!"
- "Hanı"
- "Laçın Şahverdi dədəyə"
- "Üşüdü"
- "Kirpiyimi qədəminə sərim qoy!"
- "Bilməyim"
- "Bitməsin"
- "Ayırar bu dünya ən vaxtsa bizi"
- "Əlvida"
- "Səni"
- "Dağdağan"
- "Tüstümüz"
- "Eşmə"
- "Bu sənsən?"
- "Tikan, gəl öpüşək"
- "Salam de"
- "Dayanın"
- "Əlvida"
- "Mərkəzi poçtxana"
- "Göyərər"
- "48 ölçülü qadın paltarı"
- "Anam Azərbaycana"
- "Laçın dağlarına məktub"
Kitabları
- Mil üzümçüləri. Bakı: Azərb. SSR Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı Elmi və Təbliğatı Baş İdarəsi, 1973;
- Anama layla. Bakı: Gənclik, 1978;
- Sevgi borc verilməz. Bakı: Yazıçı, 1982;
- Ona yanıram ki. Bakı Yazıçı, 1988;
- Haqqa pəncərə. Bakı: Dünya, 1998;
- Sev məni. Bakı: Azərbaycan, 2000.
Haqqında yazılmış monoqrafiya
- Fidan Abdurəhmanova. İstiqlal arzusu ilə yaşayan şair. Bakı: "Elm və təhsil" nəşriyyatı, 2022, 128 səh.
Filmoqrafiya
- Qaragülün nağılı (film, 2007)
- 28 dekabrda doğulanlar
- 1941-ci ildə doğulanlar
- Ağdam rayonunda doğulanlar
- 30 avqustda vəfat edənlər
- 2000-ci ildə vəfat edənlər
- 58 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Slavyan Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycan jurnalistləri
- Azərbaycanlı jurnalistlər