| Şakir Kərimov | |
|---|---|
| |
| 23 may 1991 – 21 dekabr 1992 | |
| Əvvəlki | Feyruz Mustafayev |
| Sonrakı | İrşad Əliyev |
| 3 aprel 1979 – 13 may 1986 | |
| Əvvəlki | Mürsəl Babayev |
| Sonrakı | Yuri Şedrin |
| 1971 – 1979 | |
| Sonrakı | Tofiq Axundov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1936 (89–90 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Şakir Kərim oğlu Kərimov — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Respublikasının Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri (1991–1992), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1979–1986), Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1971–1979).
Həyatı
Şakir Kərim oğlu Kərimov 1936-cu ildə qulluqçu ailəsində anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1958-ci ildə "Əzizbəyovneft" Mədənlər İdarəsində neftçıxarma operatoru işləmişdir. 1959-cu ildək komsomol işində — Bakı Şəhər Komsomol Komitəsinin təlimatçısı, Əzizbəyov Rayon Komsomol Komitəsinin birinci katibi, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin tələbə gənclər şöbəsinin müdiri, Bakı Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1965–1969-cu illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət etmişdir. 1969–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin baş referenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat-partiya işi şöbəsinin inspektoru olmuşdur. 1971-ci ildən Lenin Rayon Partiya Komitəsinin birinci katibi, 1979-cu ildən isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.
Şakir Kərimov Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (8–11-ci çağırış) seçilmişdir.
- 1936-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibləri
- Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri
- Azərbaycan SSR avtomobil nəqliyyatı nazirləri
- Azərbaycan SSR xalq komissarları və nazirləri
