Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001

Hafiz Hacıyev

  • Ana Səhifə
  • Hafiz Hacıyev

Hafiz Ələmdar oğlu Hacıyev (16 aprel 1956, Zod, Basarkeçər rayonu) — Azərbaycanlı siyasətçi, biologiya elmləri namizədi, Müasir Müsavat Partiyasının sədri (2001), "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri (1992–1993).

Hafiz Hacıyev
Müasir Müsavat Partiyasının sədri
Vəzifədədir
5 may 2001-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
"Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri
4 iyul 1992 – 10 avqust 1993
PrezidentƏbülfəz Elçibəy
Əvvəlkivəzifə təsis edilib
SonrakıƏnvər Mustafayev
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1956(1956-04-16) (70 yaş)
Doğum yeri
  • Zod, Basarkeçər rayonu, Ermənistan SSR, SSRİ
Partiya
  • Müasir Müsavat Partiyası (2001),
  • Müsavat Partiyası,
  • Azərbaycan Xalq Cəbhəsi
Təhsili Azərbaycan Dövlət Aqrar Universiteti
Fəaliyyəti siyasətçi
Atası Ələmdar Hacıyev
Dini İslam

Mündəricat

Həyatı

Hafiz Hacıyev 1956-cı ilin aprel ayının 16-da Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1962–63-cü dərs ilində Zod kənd orta məktəbinə daxil olub, 1973-cü ildə həmin məktəbi bitirmişdir. 1973–1979-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndislik fakültəsində təhsil almışdır. 1988-ci ildən biologiya elmləri namizədidir.

1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi işləmiş və I katibi əvəz etmişdir.

1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə "Azərbalıq" İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışmışdır.

Ailəsi

Ailəlidir, 3 övladı var.

  • İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin əmisi oğludur.
  • İctimai fəal Bəxtiyar Hacıyevin uzaq qohumudur.
  • Sabiq deputat Arzu Səmədbəyli və siyasətçi Aqil Səmədbəylinin uzaq qohumudur.

Siyasi fəaliyyəti

1992–1993-cü illərdə Azərbaycan Respublikasının "Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri vəzifəsində çalışmışdır.

1999-cu ildə həbsdən azad olunduqdan sonra "Elçibəy Xalq Hərəkatı"nın yaradılmasının təşkilatçısı və hərəkatın rəhbəri olmuşdur. Həmin dövrdə üzvü olduğu Müsavat Partiyasından uzaqlaşdırılmışdır.

2001-ci ildən Müasir Müsavat Partiyasının sədri, "Müasir Müsavat" qəzetinin təsisçisi və baş redaktorudur.

Həbsi

1993-cü ildə Cinayət Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə 3 il müddətinə həbs edilmişdir.

Seçkilərdə iştirakı

2003-cü ildə Azərbaycanda Prezident seçkilərində namizədliyi irəli sürmüşdü. Bu seçkilərdə Hafiz Hacıyev 8 namizəd arasında 0,3% (9.990 səs) toplamaqla sonuncu yeri tutdu.

2008-ci ildə Azərbaycanda Prezident seçkilərində yenidən iştirak edib və 7 namizəd arasında yenidən sonuncu yeri tutub. Bu seçkilərdə Hafiz Hacıyev səslərin 0,64% -ni (23.771 səs) toplayıb.

Şəxsi həyatı

2018-ci ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamış, Əliyevin onu baş nazir təyin edəcəyinə inandığını qeyd etmişdir. 2024-cü ildə Azərbaycanda prezident seçkiləri zamanı İlham Əliyevi dəstəklədiyini açıqlamışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 03, 2026

    Bayat tayfası

  • Mart 27, 2026

    Davud peyğəmbər

  • Mart 26, 2026

    Sovet Sosialist Respublikaları İttifaqı

  • Aprel 03, 2026

    Fransa bayrağı

  • Mart 26, 2026

    İslam peyğəmbərləri

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst