Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman

Şamo Arif

Vikipediya, azad ensiklopediya
Şamo Arif
Şamo Arif Süleyman oğlu Rəhimov
Doğum adı Arif Süleyman oğlu Rəhimov
Təxəllüsü Şamo Arif
Doğum tarixi
Doğum yeri Əyin, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti kürd
Atası Süleyman Rəhimov
Fəaliyyəti yazıçı, publisist, geoloq

Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu.

Həyatı

Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür.

1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.

Elmi fəaliyyəti

O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışmışdır.

Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün qədər öz aktuallığını saxlayır.

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə "Göz dağı" povesti və "Anamın yuxusuna girməsin" romanını çap etdirib. Ən nəhayət sonuncu romanı "Qınamayın məni" olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış edir.

Ölümü

Şamo Arif 16 iyun 2012-ci ildə vəfat etmişdir.

Filmoqrafiya

  • "Ayrıldıq ki, qovuşaq"

Həmçinin bax

Üst