Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın

Cəlayir (Qax)

41°19′12″ şm. e. 46°47′56″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Cəlayir
41°19′12″ şm. e. 46°47′56″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 1.407 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3413
Xəritəni göstər/gizlə
Cəlayir xəritədə
Cəlayir
Cəlayir

CəlayirAzərbaycan Respublikasının Qax rayonunun Sarıbaş kənd inzibati ərazi dairəsində kənd.

Qafqaz silsiləsinin yamacındadır.

Tarixi

XIII əsrdə Şimali Azərbaycanın Dağıstanla sərhədlənən ərazilərinə köçürülmüş türk-monqol tayfalarından biri olan Cəlairilərlə bağlı bir toponimdir. Bu tayfanın hakimiyyəti altında olan Cəlairilər dövləti indiki İrak və Suriya ərazilərini əhatə edirdi. Ən görkəmli hökmdarı isə Əhməd şah Cəlair olmuşdur.

Əhalisi

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 364 təsərrüfatda hər iki cinsdən toplam 1.574 nəfər əhali yaşayır. Kənddə Azərbaycan türkləri yaşayır.kənd əhalisi Cəlairli hökmdari Əhməd Xan Cəlairin nəslindən gəlir.

Toponimikası

Cəlair oyk., sadə. Ağsu r-nunun Kənd-oba i.ə.v.-də kənd. Şirvan düzündədir; Qafqaz silsiləsinin yamacındadır; Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yaşayış məntəqələri türkdilli cəlair/cəlayir tayfasının adını daşıyır. Etnotoponimdir.

Həmçinin bax

  • Qax rayonu
  • Qaxın kəndləri
Üst