| Şua Şeyxov | |
|---|---|
| Şua Nəsrulla oğlu Şeyxov | |
| |
| Doğum tarixi | 7 noyabr 1905 |
| Doğum yeri | |
| Vəfat tarixi | 27 yanvar 1970 (64 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Uşaqları | Natəvan Şeyxova, Ramiz Şeyxov |
| Atası | Nəsrulla Şeyxov |
| Fəaliyyəti | teatr rejissoru, kinorejissor, aktyor, ssenarist |
| Mükafatları | |
Şua Nəsrulla oğlu Şeyxov (7 noyabr 1905, Naxçıvan – 27 yanvar 1970, Bakı) – Azərbaycan teatr və kino rejissoru, aktyor, ssenari müəllifi, Azərbaycan SSR əməkdar artisti (1943).
Həyatı
Şua Şeyxov 1905-ci ildə Naxçıvanda anadan olub. O, səhnə fəaliyyətinə 1922-ci ildə Azad Tənqid və Təbliğ Teatrında başlayıb. Burada işləyərkən paralel şəkildə təhsil alıb və Bakı Teatr Məktəbinin 1926-cı ildəki 13 məzunundan biri olub. 1927–1931-ci illərdə Moskva Dövlət Eksperimental Teatr Emalatxanasında teatr rejissorluğu fakültəsinin məzunu olub və 1935–1936-cı illərdə təhsilini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirib.
Şua Şeyxov 1931–1935-ci illərdə TRAM-da (Fəhlə və Gənclər Teatrı) və Dərbənd Azərbaycan Teatrında rejissorluq fəaliyyəti göstərib. O, 1936-cı ildə "Çapayev[rus.]" filmini Azərbaycan dilinə çevirməklə Azərbaycanda dublyaj sənətinin bünövrəsini qoyub. Bir müddət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor, Qaryagin (Füzuli) Dövlət Dram Teatrında quruluşçu rejissor və bədii rəhbər işləyib. 1936-cı ildən kinoda ikinci rejissor, rejissor və ssenari müəllifi kimi çalışıb.
Rejissor 1970-ci ildə Bakıda vəfat edib.
Ailəsi
Səs operatoru Əziz Şeyxovun qardaşı, müğənni-aktrisa Natəvan Şeyxovanın və aktyor Ramiz Şeyxovun atasıdır.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
Teatr səhnəsindəki işləri
- Gənc Tamaşaçılar Teatrında hazırladığı tamaşalar
| Tamaşa | Müəllif |
|---|---|
| Çətin dərə | Səttar Axundov |
| Tərlan | Cəlal Məmmədov, Mirpaşa Miriyev |
| Lənkəran xanının vəziri | Mirzə Fətəli Axundov |
| Gənc partizan | Nadejda Filippova |
| Ardı var | Brunşteyn |
- Füzuli Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar
| Eşq və intiqam | Süleyman Sani Axundov |
| Tamahkar | Süleyman Sani Axundov |
| Hacı Qəmbər | Nəcəf bəy Vəzirov |
| Almaz | Cəfər Cabbarlı |
| Sevil | Cəfər Cabbarlı |
Filmoqrafiya
- Ordenli Azərbaycan (film, 1938)
- Xalq şairi (film, 1947)
- Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
- Əməyə eşq olsun (film, 1950)
- Sağlamlığın düşmənləri (film, 1950)
- Neft kəşfiyyatçıları (film, 1950)
- Doğma xalqıma (film, 1954)
- Qabaqcıl sovxozda (film, 1955)
- O olmasın, bu olsun (film, 1956)
- Kölgələr sürünür (film, 1958)
- Qəribə əhvalat (film, 1960)
- Paltar fabriki (film, 1962)
- Sabahın xeyir, Bakı! (film, 1964)
- Xalq istedadları (film, 1967)
- 7 noyabrda doğulanlar
- 1905-ci ildə doğulanlar
- Naxçıvanda doğulanlar
- 27 yanvarda vəfat edənlər
- 1970-ci ildə vəfat edənlər
- 64 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan SSR əməkdar artistləri
- Əlifba sırasına görə teatr xadimləri
- Azərbaycan kinorejissorları
- İkinci rejissorlar
- Ssenaristlər
- SSRİ kinorejissorları
- SSRİ teatr rejissorları
- Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları
- Azərbaycanın teatr rejissorları
- XX əsr teatr rejissorları
