Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Natəvan Şua qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təq

Natəvan Şeyxova

Vikipediya, azad ensiklopediya
Natəvan Şeyxova
Natəvan Şua qızı Şeyxova
Ümumi məlumatlar
Digər adı Seyidzadə-Şeyxova Natavan Şüa qızı
Doğum tarixi 18 mart 1945(1945-03-18) (81 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Şüa Şeyxov
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Təhsili
  • Bakı Musiqi Akademiyası
Elmi adı
  • professor
Mükafatları Azərbaycan Respublikasının xalq artisti Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Azərbaycan Respublikasının əməkdar artisti — 1998

Natəvan Şua qızı Şeyxova (Seyidzadə) (18 mart 1945, Bakı) — Azərbaycan müğənnisi, professor, əməkdar incəsənət xadimi (1998), xalq artisti (2006), prezident təqaüdçüsü (2015).

Həyatı

Natəvan Şeyxova 1945-ci ildə Bakıda anadan olmuşdur. "Onun böyük ürəyi" filmində Lalə obrazının ifaçısıdır.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi(1998), Xalq Artisti(2006), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü(2015), Bakı Musiqi Məktəbinin "Solo Oxuma" kafedrasının professorudur.

Təhsil: 1963–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında "Solo oxuma" kafedrasında təhsil alıb.

Pedaqoji fəaliyyəti: 1994-cü ildən "Solo oxuma" kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.

Ailəsi

  • Səs operatoru Əziz Şeyxovun qardaşı qızıdır.
  • Rejissor Şua Şeyxovun qızıdır.
  • Aktyor Ramiz Şeyxovun bacısıdır.
  • Əməkdar incəsənət xadimi Rafiq Seyidzadənin həyat yoldaşıdır

Filmoqrafiya

  1. Onun böyük ürəyi (film, 1958)
  2. İstintaq davam edir (film, 1966)
Üst