Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

(11 avqust 1968, Behrud, Ordubad rayonu) — polis general-mayoru, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi, (12 İyul 2019-cu ildən)

Əbülfət Rzayev

Vikipediya, azad ensiklopediya
Əbülfət Rzayev
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1968(1968-08-11) (58 yaş)
Doğum yeri
  • Behrud, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutu (1990–1996)
Fəaliyyəti Bakı Şəhər Baş Polis İdarəsi
Hərbi xidmət
Mənsubiyyəti Daxili İşlər Nazirliyi
Rütbəsi
Polis general-mayoru
Təltifləri "İgidliyə görə" medalı

(11 avqust 1968, Behrud, Ordubad rayonu) — polis general-mayoru, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi, (12 İyul 2019-cu ildən)

Haqqında

1968-ci il avqust ayının 11-də Naxçıvan MR Ordubad rayonunun Behrud kəndində anadan olub. Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib. 12 İyul 2019-cu ildən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rəisi vəzifəsində çalışır.

Ailəsi

Ailəlidir. 4 övladı var.

Təhsili

1990 – 1996-cı illərdə M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda ali pedaqoqoji təhsil alıb.

1993 – 1998-ci illərdə Bakı Dövlət Universitetində ali hüquq təhsili alıb.

Mükafatları

29 iyun 2012-ci ildə "İgidliyə görə" medalı ilə təltif edilib.

Üst