| Əhməd Mustafayev | |
|---|---|
| 1991 – 15 oktyabr 1993 | |
| Əvvəlki | vəzifə təsis edilib |
| Sonrakı | Rafiq Xələfov |
| 7 avqust 1989 – 1991 | |
| Əvvəlki | Söhrab İbrahimov |
| Sonrakı | vəzifə ləğv edilib |
| 1986 – 1989 | |
| Nazir | Söhrab İbrahimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1943 (82–83 yaş) |
| Partiya |
|
| Təhsili |
|
Əhməd Mirzə oğlu Mustafayev (1943) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yüngül sənaye naziri (1989–1991), "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri (1991–1993), Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı.
Həyatı
Əhməd Mirzə oğlu Mustafayev 1943-cü ildə anadan olmuşdur. 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirmiş, ardınca yüngül sənaye sistemində əmək fəaliyyətinə başlamışdır. 1969-cu ildən 1975-ci ilədək Azərbaycan SSR Ticarət Nazirliyinin Xalq İstehlakı Mallarının Keyfiyyəti üzrə Dövlət İnspeksiyası İdarəsinin baş inspektoru, Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin Texniki İdarəsi rəisinin müavini olmuşdur.
1975-ci ildən etibarən Əhməd Mustafayev Bakı tikiş-trikotaj, trikotaj fabriklərinin, sonra isə Nəriman Nərimanov adına Trikotaj İstehsal Birliyinin direktoru vəzifələrində işləmişdir. 1986-cı ildən Azərbaycan SSR yüngül sənaye nazirinin birinci müavini vəzifəsində çalışmış, 1989-cu ilin avqust ayında isə Azərbaycan SSR yüngül sənaye naziri təyin edilmişdir. Daha sonra "Xalq üçün mallar" Azərbaycan Dövlət Konserni İdarə Heyətinin sədri təsdiq edilmiş, bu vəzifədə 1993-cü ilin oktyabr ayınadək işləmişdir.
Əhməd Mustafayev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı (xalq deputatı) seçilmiş, Ali Sovetin Sənaye və energetika komissiyasının üzvü olmuşdur.
- Vikipediya:Köhnəlmiş məqalələr
- 1943-cü ildə doğulanlar
- Yaşayan insanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- Azərbaycan Texniki Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanın yüngül sənaye nazirləri
- Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları
- Azərbaycan SSR xalq yüngül sənaye komissarları