Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbu Bəkr və ya tam adı ilə Əbu Bəkr əs-Siddiq Abdullah ibn Əbi Quhafə Osman ibn Amir əl-Qureyşi ət-Teymi (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə –

Əbu Bəkir

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Əbu Bəkr
ərəb. أبو بكر
Raşidun
8 iyun 632 22 avqust 634
SonrakıÖmər ibn Xəttab
Şəxsi məlumatlar
Doğum tarixi təq. 27 oktyabr 573(0573-10-27)[…]
Doğum yeri
  • Məkkə, Hicaz
Vəfat tarixi 23 avqust 634(0634-08-23) (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Məscid ən-Nəbəvi
Fəaliyyəti siyasətçi, şair, tacir
Həyat yoldaşları
Uşaqları
  • Aişə binti Əbu Bəkir,
  • Abdullah ibn Əbu Bəkr,
  • Əbdürrəhman ibn Əbu Bəkr,
  • Əsma binti Əbu Bəkr,
  • Məhəmməd ibn Əbu Bəkr,
  • Ümmü Gülsüm bint Əbu Bəkr
Dini İslam
Hərbi xidmət
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbu Bəkr və ya tam adı ilə Əbu Bəkr əs-Siddiq Abdullah ibn Əbi Quhafə Osman ibn Amir əl-Qureyşi ət-Teymi (ərəb. أبو بكر الصديق; təq. 27 oktyabr 573[…], Məkkə23 avqust 634, Mədinə) — İslamı qəbul etmiş ilk kişi, Məhəmmədin yaxın səhabəsi və Rəşidi xilafətinin ilk xəlifəsi. Sünni müsəlmanlara görə Əbu Bəkr Məhəmmədin etibar etdiyi yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və onu "doğru danışan" mənasını verən "əs-Siddiq" adlandırırlar.

Həyatı və Xarici görünüşü

Əbu Bəkr "Fil hadisəsi"ndən üç il sonra 573-cü ildə Məkkədə dünyaya gəlib. Əbu Bəkrin atasının adı Əbu Quhafə, anasının adı isə Ümmül-Xəyr Səlma binti Sahrdır. Əbu Bəkrin mənsub olduğu Teym qəbiləsi Mürrə ibn Kəb vasitəsilə Məhəmmədlə birləşir. Əbu Bəkrin İslamdan öncəki həyatı haqqında mənbələrdə məlumat çox azdır, lakin onun İslamdan əvvəl paltar və parça ticarəti ilə məşğul olduğu, Yəmənə, Suriyaya getdiyi və İslamı qəbul etdiyi əsnada 40 min dirhəminin olduğu məlumdur. Məhəmmədin 25 yaşında ticarət üçün Suriyaya getdiyi kərvanda o da var idi.

Xarici görünüşü

Mənbələrə görə, təvazökar, yumuşaq xasiyyətli, həssas və xoşsöhbət bir insan olan Əbu Bəkr, orta boylu, zəif bədən quruluşlu, seyrək saqqallı, kəskin baxışlı, gur saçlı, sarıya çalan bəyazlıqda gözəl və incə üzlü olaraq təsvir edilir. Mənbələrin yazdığına görə, Məhəmmədi ən yaxşı o başa düşürmüş.

Müsəlman olması

Əbu Bəkrin necə və hansı vəziyyətdə müsəlman olması haqqında mənbələrdə çox az məlumat vardır. Qəbul olunmuş fikrə görə, Əbu Bəkr Məhəmmədin peyğəmbər olduğunu eşitdiyi zaman onun yanına gedərək, ona iman gətirmişdir. Bu da digər tərəfdən, Əbu Bəkrin İslamı qəbul edən ilk kişi olub-olmaması mübahisəsini yaradır. Belə ki, bu haqda müxtəlif rəvayətlər vardır. Məhəmməd onun üstünlüyündən bəhs edərkən, hər kəsin onu inkar etdiyi vaxtda Əbu Bəkrin ona inandığını və İslam yolunda hər şeyini fəda etdiyini söyləməsi onun ilk müsəlmanlardan biri olduğunu təsdiq edir.

Məhəmmədlə dostluğu

Məhəmmədlə dost olan Əbu Bəkrin dostluğu Məhəmmədin Aişə ilə evlənməsindən sonra daha da möhkəmlənmişdir. Məhəmməd hələ Məkkədə olarkən Əbu Bəkri Ömərlə də qardaşlaşdırmışdır.

Məhəmməd Əbu Bəkrlə olan dostluğu haqqında belə demişdir:

" Əbu Bəkir məndəndir, mən də ondanam. Əbu Bəkir dünyada və axirətdə mənim qardaşımdır. "
" Sən (Əbu Bəkr) Cənnətdəki Kövsər hovuzunun başında və mağarada mənim dostumsan! "

İslama xidməti

Əbu Bəkr müsəlman olduqdan sonra İslama müstəsna xidmətlər göstərmişdir. İslamın yayılmasında Əbu Bəkrin nüfuzunun böyük rolu olmuşdur. Qureyşin bir çox hörmətli şəxsləri onun sayəsində İslamı qəbul etmişlərdir. Bunlara Osman ibn Əffanı, Təlhə ibn Ubeydullahı, Səd ibn Əbu Vəqqası, Zübeyr ibn Əvvamı, Əbdürrəhman ibn Əvfi və s. şəxsləri misal göstərmək olar. Əbu Bəkr, İslamı qəbul etmiş, ağır işkəncələrə məruz qalan qulları, öz sahiblərindən satın alaraq onları azadlığa qovuşdurmuşdur. Bilal Həbəşi, Ümmü Ubeys, Amir ibn Fuheyra, Ubeys, Zihnirə, Nehdiyyə, Lübeynə, Əbu Fukeyhə və Hammamə bu qəbildəndir. Onun bu hərəkətlərindən narahat olan atası Əbu Bəkrə zəif qullar yerinə, güclü-qüvvətli qullar almasını tövsiyə edir, lakin Əbu Bəkr satın aldığı qulları işlətmək üçün deyil, onları Allah yolunda azad etmək üçün satın aldığını söyləyir. Tarixçi Təbəri, Əbu Bəkrin bu fədakarlığı müqabilində Leyl surəsinin 5–7-ci ayələrinin endiyi söyləmişdir. Əbu Bəkr Məhəmmədlə birlikdə Mədinə hicrət etmiş və onunla birlikdə Sevr mağarasında gizlənmişdir. Bu hadisədən sonra enən Tövbə surəsinin 40-cı ayəsində Əbu Bəkrdən "iki nəfərin ikincisi" olaraq bəhs olunur. Əbu Bəkrin şübhəsiz ən böyük xidməti Quranın kitab halına salınması olmuşdur.

Evlilikləri və övladları

İlk evliliyi Quteylə bint Əbdüluzza adlı bir xanımla olmuşdur. Bu evlilikdən oğlu Abdullah ilə qızı Əsma dünyaya gəlmişdir. Quteylə müsəlman olmağı rədd etdiyi üçün Əbu Bəkr onu boşayıb Ümmü Ruman ilə evləmişdir. Ümmü Rumandan Əbdurrəhman ilə Aişə dünyaya gelmişdir. Ümmü Ruman vəfat etdikdən sonra Əsma bint Umeys ilə evlənmiş və bu xanımından Məhəmməd ibn Əbu Bəkr dünyaya gəlmişdir. Əbu Bəkr vəfat etdikdən bir-neçə ay sonra isə Həbibə adlı xanımdan Ümmü Gülsüm adlı qızı dünyaya gəlmişdir.

İştirak etdiyi müharibələr

Əbu Bəkr Məhəmmədlə bərabər bütün müharibələrdə, Hudeybiyyə beyətində, "Ümrətil-qəza"da və Vida həccində də iştirak etmişdir. Məhəmməd, Bədr müharibəsində, Uhudda əsirlərlə rəftarda onunla məsləhətləşib.

Xəlifə seçilməsi

Əbu Bəkrin xəlifə seçilməsi Bəni Səkifədə baş vermişdir. Əbu Bəkr Bəni-Səqifədəki xəlifə seçimində namizəd olaraq Ömər və Əbu Ubeydə ibn Cərrahı göstərsə də müsəlmanlar xəlifə olaraq onu seçirlər. Məhəmmədin ölümünə yaxın, öz yerinə müsəlmanlara namaz qıldırması üçün Əbu Bəkri imam olaraq təyin etməsi və:

" Əbu Bəkrə deyin, namaz qıldırsın! "

— deməsi Əbu Bəkrin Bəni-Səqifədə xəlifə seçilməsinə zəmin yaratmışdır.

Ölümü

Əbu Bəkr xəlifə seçildikdən iki il sonra Mədinədə 634-cü ildə xəstəlikdən vəfat etmişdir. Çərşənbə axşamı vəfat edən Əbu Bəkr səhər açılmadan Məhəmmədin məzarının yanında dəfn edilmişdir.

İrsi və mirası

Sünnilər və Zeydilər Əbu Bəkrə hörmət etsələr də cəfərilər onun xəlifəliyini qəbul etməyərək, onu Əlinin haqqını qəsb etməkdə və Fədək bağı məsələsində ittiham edirlər.

Əbu Bəkr haqqında ən maraqlı fikirlərdən birini səsləndirən şübhəsiz ki Cəfəri Sadiq olmuşdur. Ana tərəfdən Əbu Bəkrə qohum olan Cəfəri-Sadiq aşağıdakı kəlamları söyləmişdir:

" Əbu Bəkr məni iki dəfə dünyaya gətirmişdir. "
Üst