Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əhmədbəyli (əvvəlki adı: Telmankənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.

Əhmədbəyli (Saatlı)

39°53′26″ şm. e. 48°23′09″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əhmədbəyli
39°53′26″ şm. e. 48°23′09″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Əhalisi
Əhalisi
  • 1.441 nəf. (2009)
Xəritəni göstər/gizlə
Əhmədbəyli xəritədə
Əhmədbəyli
Əhmədbəyli

Əhmədbəyli (əvvəlki adı: Telmankənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.

Coğrafiyası

Kənd Muğan düzündə yerləşir.

Tarixi

Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, 1922-ci ildə əvvəllər Əhməd bəy adlı bir nəfərə məxsus qışlaq yerində salınmış bu kənd partiya və dövlət xadimi S.M.Əfəndiyevin (1887-1938) şərəfinə Əfəndiyev-kənd adlandırılmışdı. Yaşayış məntəqəsi 1938-ci ildən Ernest Telmanın (1886-1944) şərəfinə Telmankənd adlandırılmışdı.

5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Dədə Qorqud kənd inzibati ərazi vahidi tərkibindəki Telmankənd kəndi Əhmədbəyli kəndi adlandırılmışdır. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Əhmədbəyli kəndi Dədə Qorqud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Əhmədbəyli kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Əhalisi

Əhalisinin sayı 1441 nəfərdir.

Həmçinin bax

Üst