Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.

Əl Fatihə

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
1-ci surə — Fatihə surəsi
Surənin ərəbcə mətniSurənin ərəbcə mətni
Adı
Ərəbcə adı سورة الفاتحة
Adının mənası Kitabı açan
Digər adları əl-Vəfiyyə, ət-Tövhid, əl-Kafiyə, əl-Həmd, əş-Şükr, əş-Şafiyə, əş-Şəfa', əl-Kənz, əd-Du'a', əl-Əsas, Səb'ül-məsani, Ümmül-Qur'an, Ümmül-Kitab.
Quranda yeri
Nömrəsi 1
Statistika
Ayələrin sayı 7
Sözlərin / hərflərin sayı 29 / 139
Vikimənbənin loqosu Fatihə surəsi Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Quran Akademiyasında tərcüməsi

Fatihə surəsi (ərəb. سورة الفاتحة (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.

ٱلۡفَاتِحَةِ

Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir.

Əl-Fatihə surəsi

  1. Bağışlayan və mehriban Allahın adı ilə.
  2. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur.
  3. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha.
  4. Cəza gününün sahib və hökmdarına.
  5. (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
  6. Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et!
  7. (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin — (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!

Həmçinin bax

Üst