Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Hacı Daşdəmir — 1884-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin yazdığı əsər. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır.

Hacı Daşdəmir

Vikipediya, azad ensiklopediya
Hacı Daşdəmir
Müəllif Əbdürrəhim bəy Haqverdiyev

Hacı Daşdəmir — 1884-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin yazdığı əsər. Ədib bu kiçik pyesi Şuşa real məktəbində təhsil aldığı dönəmdə yazmışdır.

Əsərin yaranması haqqında

1884-cü ildə Haqverdiyev Şuşada bir teatr tamaşasında iştirak edir. Tamaşa gənc Əbdürrəhimə çox xoş gəlir və onun ədəbi yaradıcılığa başlamasına təsir edən ilk amillərdən biri olur. Ədib özü deyir: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan"ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir" adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara"sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. О, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm".

Süjet xətti

Üst