Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının 10-cu Baş naziri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə kömə

Əli Əsədov

  • Ana Səhifə
  • Əli Əsədov

Əli Hidayət oğlu Əsədov (30 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının 10-cu Baş naziri, Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi (1998–2012), Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini (2012–2019).

Əli Əsədov
Azərbaycan Respublikasının 10-cu Baş naziri
Vəzifədədir
8 oktyabr 2019-cu ildən
  1. i. e. 14–16 fevral 2024
Prezidentİlham Əliyev
ƏvvəlkiNovruz Məmmədov
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər şöbəsinin müdiri
14 iyun 2017 – 24 oktyabr 2019
Azərbaycan Respublikasının Prezidentinin Administrasiyası rəhbərinin müavini
30 noyabr 2012 – 14 iyun 2017
Azərbaycan Respublikasının Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi
18 aprel 1998 – 24 oktyabr 2019
Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 30 noyabr 1956(1956-11-30) (69 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası (1993)
Təhsili
  • G.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutu[d] (–1978)
Fəaliyyəti siyasətçi
Uşağı 2

Təltifləri 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20162016 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20122012 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1964–1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.

1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışmışdır.

1995–2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP-ın Siyasi Şurasının üzvüdür.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 18-ci sırada olan Əli Əsədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Əsədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının və Azərbaycan—Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.

1998-ci il aprelin 18-də Əli Əsədov Azərbaycan Prezidenti Heydər Əliyevin 786 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə yardımçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 avqust 2004-cü il tarixli 349 nömrəli Sərəncamı ilə Əli Əsədova 1-ci dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2012-ci il noyabrın 30-da Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 2574 nömrəli Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsinə təyin edilib.

Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin 30 noyabr 2016-cı il tarixli 2132 nömrəli Sərəncamı ilə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycanın 10-cu Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.

2024-cü ilin fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərindən sonra, fevralın 14-də Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis tərəfindən 105 nəfərin lehinə səsverməsi ilə Əli Əsədovun yenidən Azərbaycan Respublikasının Baş naziri olmasına razılıq verilib. 16 fevral 2024-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Əli Əsədov Baş nazir təyin edilib.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Ukrayna

  • Mart 26, 2026

    Qazax rayonu

  • Mart 26, 2026

    Cənubi Azərbaycan

  • Mart 26, 2026

    Molla Nəsrəddin (jurnal)

  • Mart 26, 2026

    Bizans İmperiyası

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst