| Ağayevlər | |
|---|---|
![]() Ağayevlərə məxsus olan Fərəc bəy Ağayev | |
| Titul | Bəy |
| Əcdadı | Əliqulu ağa Qarabaği |
| Mənşəyi | Qarabağ, Şuşa, Ağcabədi |
| Təbəəliyi | Qarabağ xanlığı, |
| Torpaqları | Ağcabədi |
Ağayevlər — Azərbaycanın tanınmış soylarından biri.
Soyun yaranması
Qarabağ xanlığı qurulandan sonra Ağcabədi kəndi Kəbirli mahalının tərkibinə qatıldı. Kənd xan tərəfindən Əliqulu ağa Əmir oğlunun törəməsinə tiyul verildi. Əliqulu ağanın oğlu Hacı Aslan bəyin yükdə gəbəsi tavana çatar, qaytabanda dəvəsi qatardı. Sürüsü dağ dolandırardı, naxırı otlaq. Əliqulu ağanın törəmələri Ağayev soyadını daşıyırlar.
Əliqulu ağa varından oğlu Hacı Əlirza bəyə saxlamağa dövlət, paylamağa xələt ayırmışdı. Hacı Əlirza bəy İbrahimxəlil xan Sarıcalı-Cavanşirin yaxın adamlarından sayılırdı.
Hacı Əlirza bəyin Nağı bəy, Tağı bəy, Ağarza bəy, Əmir ağa və Aslan ağa adlı oğulları vardı.
Soyun tanınmış nümayəndələri
- Nəsir bəy Ağayev — Qarabağ bəyi, çar məmuru, şair.
- Fərəc bəy Ağayev — çar ordusunun general-leytenantı. Həsən bəy Zərdabinin atası Səlim bəyin dayısı.
- Abbas bəy Ağayev — Qarabağ bəyi, çar zabiti, mayor.
- Zəhra Şahtaxtinskaya — Azərbaycan zooloqu, helmintoloq. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.
Həmçinin bax
- Ağcabədi
- Əlifba sırasına görə soylar
- Ağayevlər
