| Zəhra Şahtaxtinskaya | |
|---|---|
| Zəhra Mustafa qızı Şahtaxtinskaya | |
| |
| Doğum adı | Zəhra Mustafa bəy qızı Ağayeva |
| Doğum tarixi | 17 noyabr 1895 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 16 sentyabr 1977 (81 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı |
|
| Uşağı | |
| Elm sahələri | zoologiya, helmintologiya[d] |
| Elmi dərəcəsi |
|
| Elmi adı |
|
| İş yeri |
|
| Mükafatları | |
Zəhra Mustafa qızı Şahtaxtinskaya (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.
Həyatı
Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.
Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.
Elmi əsərləri
- Onurğasızlar zoologiyası
- Təbiət tarixinin əsasları (1975)
- Zoologiya (1974)
Mükafatları
- Azərbaycan SSR əməkdar elm xadimi (1960)
- Lenin ordeni
Ailəsi
Onun həyatyoldaşı Nemət Şahtaxtınski Sankt Peterburqda təhsil almış və uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır. Onların övladları olan Prof. Dr. Toğrul Şahtaxtinski də alim olmuş və neft kimyası sahəsində araşdırmalar aparmışdır.
Zəhra Şahtaxtinski Qarabağın məşhur bəy ailələrindən olan Ağayevlər nəslinin nümayəndəsi və Fərəc bəy Ağayevin qohumudur.
- 17 noyabrda doğulanlar
- 1895-ci ildə doğulanlar
- Xankəndidə doğulanlar
- 16 sentyabrda vəfat edənlər
- 1977-ci ildə vəfat edənlər
- 81 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Biologiya elmləri doktorları
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Ağayevlər
- Şahtaxtinskilər
- Azərbaycan zooloqları
- Parazitoloqlar
