| Aşağı Əbdürrəhmanlı | |
|---|---|
| 39°31′33″ şm. e. 47°15′57″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Füzuli rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 267 m |
| Rəqəmsal identifikatorlar | |
| Nəqliyyat kodu | 19 |
![]() Aşağı Əbdürrəhmanlı | |
Aşağı Əbdürrəhmanlı — Azərbaycan Respublikasının Füzuli rayonunun Əbdürrəhmanlı kənd inzibati ərazi dairəsində kənd.
Etimologiyası
Kəndin adı Orta əsrlərdə Qarabağda yaşamış Hacılı tayfasının Əbdürrəhmanlı tirəsinin adındandır.
Tarixi
2020-ci ilə qədər kənd cəbhə xəttinin yaxınlığında yerləşirdi. Buna görə burada tez-tez atəşkəs pozulurdu. 1999-cu ildə burada döyüş tapşırığını yerinə yetirərkən sonradan 2 dəfə Paralimpiya oyunları çempionu olmuş cüdoçu İlham Zəkiyev yaralanmışdı.
3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Kənd Çərəkənçayın sahilindədir. Kəndi əbdürəhmanlı nəslinə mənsub ailələr salmışlar. "Əbdürəhmanlı yaşayış məntəqəsinin aşağı hissəsi" deməkdir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə əlaqədar yaranmışdır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Füzuli rayonu qaralamaları
- Füzuli rayonunun kəndləri
