Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Çankaya, Ankara, Ayrancı məh 11, Dikmən küç. 06100İstanbul Təşkilatı: Fatih, Hırka-i Şerif Adnan Menderes Blv. 58

Türkiyə polisi

Vikipediya, azad ensiklopediya
Türkiyə polisi
  • Emniyet Genel Müdürlüğü
Loqonun şəkli
Baş Təhlükəsizlik idarəsinin loqosu
Ümumi məlumatlar
Ölkə
  •  Türkiyə
Yurisdiksiya Hüquq-mühafizə orqanı
Yaradılma tarixi 10 aprel, 1845
Tabelik Daxili İşlər Nazirliyi
Ştat sayı 352,188 (2023-cü ilin sonuna kimi)
İllik büdcəsi 554.506.812.000 Türk lirəsi (2026)
Ünvan

Çankaya, Ankara, Ayrancı məh 11, Dikmən küç. 06100
İstanbul Təşkilatı: Fatih, Hırka-i Şerif Adnan Menderes Blv. 58

34091
Rəhbərlik
Türkiyə Respublikası Təhlükəsizlik Baş idarəsinin rəisi Mahmud Demirtaş
Rəsmi saytı egm.gov.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Türk Polisləri
Polis helikopteri

Türkiyə Polisi, Baş Təhlükəsizlik idarəsi, Polis İdarəsi və ya Türk Polis Təşkilatı — ilk dəfə 10 aprel 1845-ci ildə qurulan və hazırda Türkiyənin bütün vilayət və mahallarında təşkil edilən daxili təhlükəsizlikdən məsul dövlət təşkilatı. Təhlükəsizlik Baş İdarəsi şəhərlərdə fəaliyyət göstərir, Sahil Mühafizəsi xidməti sahilyanı ərazilərə, Jandarma Baş Komandanlığı isə kənd ərazilərinə cavabdehdir.

Mərkəzi təşkilata aşağıdakı departamentlər daxildir: Baş Komandanlıq və Nəzarət, Strategiyaların İşlənməsi, Arxivlər, İctimai asayiş, İnformasiya texnologiyaları, Xarici əlaqələr, Təhlükəsizlik, Rabitə, Aviasiya, İnzibati və Maliyyə işləri, Təchizat, Tikinti və daşınmaz əmlak, İnterpol, Kəşfiyyat, Qaçaqmalçılıqla mübarizə, Xüsusi mühafizə və mütəşəkkil cinayətkarlıqla mübarizə, Kadrlar, Səhiyyə işləri, Mülki müdafiə, Sosial xidmətlər, Təftiş şurası, Terrorla mübarizə əməliyyatları, Narkotiklərlə mübarizə, Yol polisi, Nəqliyyat və Təftiş, Sərhəd və Sığınacaq departamentləri.

Əyalət təşkilatları Əyalət Polis müdirlikləri və Rayon Polis bölmələrindən ibarətdir. Baş İdarə yuxarı struktur və idarəetmə baxımından Daxili İşlər Nazirliyinə tabedir.

Baş Təhlükəsizlik idarəsi ikili struktura malikdir: Mərkəzi təşkilat və Əyalət təşkilatı. Mərkəzi təşkilat Departament müdirliklərindən ibarətdir. Əyalət təşkilatı 81 vilayətin hamısında Əyalət Polis idarələrinin müdirliyi kimi fəaliyyət göstərir.

Mərkəzi təşkilatdakı departamentlərin bəziləri birbaşa Təhlükəsizlik rəisinə, digərləri isə Təhlükəsizlik üzrə rəis müavininə tabedir. Əyalət təşkilatında hər əyalətə bir Təhlükəsizlik rəisi rəhbərlik edir və əyalət daxilindəki bütün bölmələr bu rəisə tabedir.

Türkiyə sərhədləri daxilində Bələdiyyə təşkilatlarının tam qurulduğu vilayət, rayon və şəhərlərdə təhlükəsizlik Baş Təhlükəsizlik İdarəsi tərəfindən təmin edilir. Kiçik şəhərlərdə və hələ inkişafa açıq olmayan ərazilərdə təhlükəsizlik Jandarma Baş Komandanlığı, sahil və dəniz ərazilərində isə Sahil Mühafizəsi Xidməti tərəfindən təmin edilir.

Tarixi

Tarix boyu müxtəlif dövlətlər quran türklər milli müdafiə ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qoruyub saxlamışlar.

Qədim türklərdə polis

Qədim türk cəmiyyətlərində ictimai asayiş və təhlükəsizlik xüsusi qanunlara uyğun olaraq Subaşılar (yerli idarəçilər) tərəfindən həyata keçirilirdi. Həmin dövrlərin əsas hüquq qaydalarına misal olaraq Oğuz xanın Oğuz qanununu, Çingiz xanın Böyük Qanununu və Teymurun tüzüklərini göstərmək olar. Bu qanunlar təkcə cinayətlərin qarşısının alınmasına deyil, həm də onları törədən cinayətkarların tutulmasına əhəmiyyət verirdi. Qədim türk cəmiyyətlərində polis qüvvələri hərbi təşkilatın tərkibində olub və hərbi xüsusiyyətlər nümayiş etdirib.

Osmanlı İmperiyasında polis

1299-1453-cü illər

Sülh dövründə subaşı müharibə üçün lazım olan əsgərlərin nizam-intizamına və təliminə, habelə şəhərdə asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh idi. Müharibə zamanı onlar hazırladıqları qoşunlara komandanlıq edirdilər.

Osmanlı İmperiyasında polis hərbi təşkilatın tərkibində idi və hərbi komandirlər də polis rəisi vəzifəsini yerinə yetirirdilər. Dövlət və ordu böyüdükcə sultanlar bütün inzibati, hərbi, ictimai asayiş və təhlükəsizlik məsələlərini dövlət məmurları və ictimaiyyət qarşısında onları təmsil edən böyük vəzirlər vasitəsilə idarə edirdilər. Ona görə də baş vəzirlər bu vəzifələrdə xüsusi zabitlərdən və məxvi mühafizəçilərdən istifadə edirdilər.

1453-1826-cı illər

Təhlükəsizlik orqanları Baş vəzir, Yeniçəri komandiri, Silahlar Palatasının rəhbəri, Kaptan-ı dərya, Artilleriya və Topçular rəisi, Qazı, hakim və baş gözətçilərindən ibarət idi. Ən yüksək səlahiyyət sahibi Yeniçəri komandiri idi.

1826-1908-ci illər

1826-cı ildən Yeniçərilər ləğv edildikdən sonra Osmanlı İmperiyasında polis xidməti yerli qarnizonlar və dövlət idarəçiləri tərəfindən həyata keçirilirdi.

1845-ci il aprelin 10-da İstanbulda "Polis" adlı bir təşkilat yaradıldı. Yeni yaradılan bu təşkilat polis qüvvələrinin vəzifələri həmin tarixdə dərc edilmiş "Polis Əsasnaməsində" öz əksini tapıb və bu barədə xarici səfirliklərə də yazılı şəkildə məlumat verilib. Bu əsasnamə "Paris Təhlükəsizlik Müdirliyi Fərmanı"nın mətni əsasında hazırlanmışdır və indiki Tənzimatın bir hissəsi olaraq quruldu.

1908-1920-ci illər

1908-ci ildə İkinci Məşrutiyyət dövrünün elan edilməsindən sonra Osmanlı polisinin Fransa və Almaniyadakı polis təşkilatlarına əsaslanaraq yenidən təşkil edilməsi qərara alındı. 22 iyul 1909-cu ildə çıxarılan "İstanbul Əyalətinin Təşkili və Asayiş Baş İdarəsi Haqqında Qanun" ilə Jandarma İdarəsi 31 Mart qiyamından sonra ləğv edildi. Onun yerinə Daxili İşlər Nazirliyinin nəzdində ümummilli polis işlərinin aparılmasına cavabdeh olan “İctimai Təhlükəsizlik Baş İdarəsi” və İstanbul vilayəti üçün ayrıca polis idarəsi yaradıldı.

İllər ərzində funksiya və strukturda böyük dəyişikliklərlə üzləşsə də, qurum özü olduğu kimi qaldı və Türk İnqilabı zamanı varisi ilə əvəz olunmadı.

İstiqlaliyyət müharibəsində polis

1918-ci ildə Mondros barışıq müqaviləsindən 24 iyun 1920-ci ildə Milli Polis Təşkilatının yaradılmasına qədər bütün ölkə ərazisində Osmanlı Dövlətinin polis qüvvəsi xidmət etmişdir. 24 iyun 1920-ci il və 24 fevral 1923-cü il tarixləri arasında İstanbul Polis İdarəsi ləğv edildikdən sonra polis qüvvəsi iki yerə bölündü: biri İstanbulda yerləşən, Osmanlı Dövlətinə və Türkiyə Qurtuluş Savaşı zamanı getdikcə azalan bir ərazidə və yalnız İstanbul daxilində, digəri isə İstanbul istisna olmaqla, Misaqi-milli ilə müəyyən edilmiş sərhədlər daxilində, mərkəzi Ankarada yerləşən sürətlə genişlənən bir bölgədə fəaliyyət göstərirdi.

Ankarada Milli Hökumətin Baş Təhlükəsizlik Müdirliyi ilk dəfə 1920-ci ildə təşkil edilmişdir.

Təhsili

Ali Polis Akademiyasına ​​qədər bütün təlimlər Polis Akademiyasının bir hissəsi olan Polis Tədris Mərkəzləri (PTM), həmçinin Polis Məmurlarının Tədris Mərkəzləri (POTM), Polis Məktəbləri (PM) və Polis Liseyləri tərəfindən həyata keçirilirdi.

Polis Akademiyası

Polis Akademiyasını birinci dərəcəli zabit hazırlığı ilə bitirən polis məzunları xidmətə Komissar köməkçisi rütbəsi ilə başlayırlar.

Mərkəzi Polis Xidmətinə işə qəbul edildikdə (imtahan nəticələrinə əsasən polis əməkdaşları arasından) təhsil müddəti iki il olmalıdır. Polis məktəblərində müxtəlif sahələr üzrə təhsil almış şəxslər səkkiz aylıq peşə hazırlığından sonra polis əməkdaşı kimi xidmət edirlər. Polis liseylərində təhsil iki illik proqram səviyyəsinə uyğundur və məzunlar Polis zabiti rütbəsi ilə xidmətə başlayırlar.

Polis iki növ təlim keçir. Birincisi Təhsil Nazirliyi tərəfindən birbaşa Mühafizə Baş İdarəsi nəzdində fəaliyyət göstərən iş yerində təlim və ikikncisi Polis Akademiyası tərəfindən həyata keçirilən peşə hazırlığı. Polis Akademiyası beş müxtəlif təlim proqramı təklif edir:

  • Bakalavr dərəcəsi (Polis Peşə liseyləri, 2 il)
  • Bakalavr dərəcəsi (Təhlükəsizlik Elmləri fakültəsi, 4 il)
  • Magistratura (Təhlükəsizlik Elmləri İnstitutu, 4 semestr)
  • Ankarada Dövlət ali təhsil müəssisələrində təhsil
  • İdarəetmə təlimi (Təhlükəsizlik Elmləri İnstitutu, yüksək rütbəli Polis rəisləri idarəetmə təlimi)

Ankara və Bursada iki Polis kolleci (lisey) də birbaşa Təhlükəsizlik Baş İdarəsinə tabedir. Narkotiklərlə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Beynəlxalq Akademiyası və Cinayət Araşdırma Mərkəzi kimi digər təhsil müəssisələrində də həmçinin mütəxəssislər üçün iş yerində təlimlər keçirilir.

Ankara və Bursada iki polis kolleci (lisey) birbaşa Təhlükəsizlik Baş İdarəsinə tabedir. Digər təhsil müəssisələrində Türkiyə Beynəlxalq Narkotiklərlə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Akademiyası və Cinayət Araşdırmaları və Araşdırma Mərkəzi kimi mütəxəssislər üçün iş yerində təlimlər keçirilir.

Rütbələr

 
Baş Polis İdarəsi
Türkiyə Emniyet Genel Müdürlüyü
Polis rəisi
Emniyet Genel Müdürü
1-ci dərəcəli Polis rəisi
1. Sınıf Emniyet Müdürü
2-ci dərəcəli Polis rəisi
2. Sınıf Emniyet Müdürü
3-cü dərəcəli Polis rəisi
3. Sınıf Emniyet Müdürü
4-cü dərəcəli Polis rəisi
4. Sınıf Emniyet Müdürü
Polkovnik leytenant
Emniyet Amiri
Baş komissar
Başkomiser
İnspektor
Komiser
Komissar köməkçisi
Komiser Yardımcısı
Çavuş
Kıdemli Başpolis Memuru
Kapral
Başpolis Memuru
Polis zabiti
Polis Memuru

Funksiyası

İctimai asayişi, şəxsi və yaşayış toxunulmazlığını qorumaq, İnsanların, malların və ictimai asayişin təhlükəsizliyini təmin etmək, yardıma ehtiyacı olan uşaqlara, əlillərə və digər imkansız qruplara yardım göstərmək.

Əlaqəli qurumları

Baş Təhlükəsizlik idarəsinin bayrağı

Mərkəzi təşkilatları

  • Təftiş heyəti idarəsi
  • Şəxsi Təhlükəsizlik Nəzarət idarəsi
  • Hüquq məsləhətçisi
  • Xüsusi Əməliyyat idarəsi
  • Kəşfiyyat İdarəsi
  • Yol polisi idarəsi
  • Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi
  • Kadrlar idarəsi
  • Prezidentin Müdafiəsi idarəsi
  • Narkotik Cinayətlərə Qarşı Mübarizə idarəsi
  • İctimai Asayişin qorunması idarəsi
  • Sənəd dövriyyəsi və koordinasiya idarəsi
  • İnformasiya Texnologiyaları və Rabitə Departamenti
  • Dəstək Xidmətləri Departamenti
  • Xarici əlaqələr idarəsi
  • Qaçaqmalçılıq və Sərhəd Qapıları idarəsi
  • Təhlükəsizlik idarəsi
  • Aviasiya idarəsi
  • Tikinti və Əmlak idarəsi
  • İnterpol-Avropol Departamenti
  • Mühafizə idarəsi
  • Cinayətlə qarşı mübarizə idarəsi
  • Media-ictimaiyyətlə əlaqələr və protokol idarəsi
  • Kiber Cinayətlər idarəsi
  • Sosial Xidmətlər və Səhiyyə İdarəsi
  • Strategiya İnkişafı Departamenti
  • Şahidlərin Müdafiəsi İdarəsi
  • Parlamentin Müdafiə Departamenti
  • Terrorla Mübarizə idarəsi
  • Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi

Xarici ölkələrdəki nümayəndələri

  • Təhlükəsizlik məsləhətçiləri
  • Təhlükəsizlik attaşeləri

Əyalət və rayon təşkilatları

  • Əyalət Polis şöbələri
  • Rayon Polis şöbələri

Vəzifələri

Təhlükəsizlik Baş İdarəsinin vəzifələri aşağıda təqdim olunub:

  • Ümumi təhlükəsizliyin və ictimai asayişin təmin edilməsinə yönəlmiş xidmətlərin müvafiq qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək;
  • Cəmiyyəti ictimai asayişin pozulmasından qorumaq yolları barədə məlumatlandırmaq, uşaq və gənclərin cinayətə meyl etmələrinin və cinayətlərdə istifadə olunmasının qarşısının alınması üçün xidmətlər həyata keçirmək;
  • İctimai asayiş cinayətləri ilə bağlı məlumat və statistik məlumatları qiymətləndirmək, cinayət təhlili aparmaq və bunları qiymətləndirərək ictimai asayişi pozan cinayətlərin qarşısını almaq üçün cinayətlə mübarizə üsullarını müəyyən etmək, əyalət təşkilatının işinə rəhbərlik etmək və cəmiyyətin hər zaman Türk polisinə güvənməsini təmin etmək.

Bu vəzifələrin tətbiq dairəsi müvafiq əsasnaməyə uyğun olaraq əyalət və rayon bələdiyyələrinin hüdudları daxilindədir.

Vəzifə növləri

Yol polisi

Yol polisi, Təhlükəsizlik Ümumi Müdirliyinə bağlı hüquq-mühafizə orqanlarının bir qoludur. Onun vəzifələrinə lazımi yol-nəqliyyat yoxlamalarının aparılması, sürətə nəzarət və həm şəhər daxilində, həm də ondan kənarda, eləcə də magistral yollarda yol-nəqliyyat hadisələri barədə məlumat vermək daxildir. Yol polisinin əsas vəzifələrinə nəqliyyat axınının idarə edilməsi və onun fasiləsizliyinin təmin edilməsi, sürücülük vəsiqələrinin yoxlanılması, yol hərəkəti qaydalarına riayət olunmasının müəyyən edilməsi, yol hərəkəti qaydalarının pozulması ilə bağlı hesabatların hazırlanması, sürücü və nəqliyyat vasitələri haqqında məlumatların saxlanılması və arxivləşdirilməsi, mövcud məlumatların qiymətləndirilməsi daxildir.

Dəniz polisi

Dəniz polisi liman ərazilərinə, körfəzlərə və daxili sulara cavabdeh olan polis qüvvəsidir. Dənizdə hüquq-mühafizə və inzibati məsələlərə cavabdeh olan bölmədir.

Motosiklet sürən polislər

Motosiklet sürən polis

Motosiklet Polisinin İki növü var: "Delfinlər" və "Şahinlər" ("Yunuslar" ve "Şahinler"). "Delfinlər" daha çox ictimai asayişlə bağlı məsələlərlə məşğul olurlar, lakin onlar ümumiyyətlə qrup halında patrul edirlər, bir motosikletdə iki nəfər oturur. Qabaqdakı polis zabiti aparıcıdır, arxadakı polis silah daşıyır. Onların formaları qırmızı, qara və ağ rənglərdən ibarətdir və emblemində başında papaq olan delfin fiquru var. "Delfinlərdən" fərqli olaraq, "Şahinlər" ümumiyyətlə motosikletdə tək gəzirlər və tək patrul edirlər. Onlar öz ərazilərində yol hərəkətinin pozulmasına, tıxaclara və yol qəzalarına baxırlar. Bu vəzifələrə əlavə olaraq ictimai asayişi qorumaq üçün də məsuliyyət daşıyırlar. "Şahinlər" ümumiyyətlə müşayiət və yol təmizləmə xidmətləri göstərir. "Şahinlərin" forması flüoresan sarı, sürməyi və ağ rənglərdən ibarətdir. Onların emblemində pəncələrində ildırım, dimdiyində isə zeytun budağı olan şahin fiquru təsvir edilib.

Hava polisi

Təhlükəsizlik Aviasiya Baş İdarəsi 19 oktyabr 1981-ci ildə yaradılmışdır.

Aviasiya departamentinin vəzifələrinə ictimai asayişin qorunmasına və qaçaqmalçılıqla mübarizəyə köməklik göstərməklə yanaşı, Türkiyə tərəfindən terror qruplaşması kimi tanınan təşkilatlara mənsub şəxslərin tutulması üçün xüsusi əməliyyat qrupları və texnikasının hava nəqliyyatı ilə daşınması, bu məqsədlə xüsusi əməliyyat qrupları ilə birgə təlimlərin keçirilməsi, magistral yollarda hərəkətin idarə edilməsi, xəstə və uçuş məntəqələrində olan şəxslərin hava ilə daşınması, texniki qulluq və təbii fəlakətlər zamanı yardım materiallarının hava ilə daşınması, uçuş məntəqələrində olan bəzi şəxslərin və yaralıların hava ilə daşınması daxildir.

Uşaq polisi

Bu, uşaqlara göstərilən xidmətlər, eləcə də 0-18 yaşlı uşaqların inkişaf xüsusiyyətləri, davranış elmləri, müsahibə üsulları, ünsiyyət bacarıqları və ən əsası sosial inteqrasiya kimi sahələrdə xüsusi təlim keçmiş polis bölməsidir.

Terrorla mübarizə

1924-cü ildə təxribat fəaliyyətı həyata keçirən təşkilatlara və ya şəxslərə qarşı mübarizə aparmaq üçün Dövlət tərəfindən Terrorla mübarizə idarəsi yaradılıb.

1937-ci ildə 3201 saylı Təhlükəsizlik Təşkilatı haqqında Qanunun 9-cu maddəsinin qüvvəyə minməsi ilə Mühafizə İdarəsinin tərkibində "Təxribata qarşı" adlı şöbə açıldı.

1970-ci illərdə Türkiyədə "ölkənin təhlükəsizliyini təhdid edən dağıdıcı fəaliyyət" kimi qiymətləndirilən silahlı aksiyalardan sonra bu təşkilatlara qarşı mübarizəni aparmaq və koordinasiya etmək məqsədilə 1986-cı ildə Təhlükəsizlik İdarəsinin tərkibində "Terrorla Mübarizə və Əməliyyatlar İdarəsi" yenidən təşkil olundu.

Qaçaqmalçılıq və Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi saxtakarlıq, ağır fırıldaqçılıqla mübarizə aparır: silah, sursat, tarixi artefaktlar, nüvə materialları, insan alveri, korrupsiya, çirkli pulların yuyulması, fərdi və ya özəl sektorun korrupsiyası və mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə ilkin olaraq Daxili İşlər Nazirliyinin 3 yanvar 1980-ci il tarixli təsdiqi ilə “Qaçaqmalçılıq İdarəsi” kimi yaradılmışdır. Onun "Təsis və Fəaliyyət Qaydaları" təsdiq edilərək 1981-ci il aprelin 1-də qüvvəyə minmişdir.

Xüsusi təyinatlılar

Xüsusi təyinatlılar polisi və ya xüsusi əməliyyat qüvvələri — təhlükəsizlik qüvvələri və silahlı birləşmələrinə qarşı kəşfiyyat əməliyyatları, nəzarət, qanun çərçivəsində keçirilən yığıncaq, nümayiş və yürüşlərdə asayişi qorumaq, iştirakçıları qorumaq, lazım gəldikdə ictimai tədbirlərə müdaxilə etmək məqsədi ilə Polis İdarəsinin tərkibində yaradılmış polis bölməsidir.

Uniforması

Bütün türk polisləri tünd göy rəngli forma və papaq geyinirlər.

Patrul avtomobilləri mavi və ağ rənglərindədir, yan qapılarında və kapotunda "Polis" sözü yazılıb.

Silahlanması

Tapançaları

  • Beretta 92
  • Sarsılmaz Kılınç

Avtomatları

  • SAR 109T
  • Heckler & Koch MP5
  • IMI Uzi
  • B&T MP9

Xüsusi silahlar

  • Milkor MGL
  • FN 303

Nəqliyyat vasitələri

Patrul maşınları

  • Fiat Doblo
  • Fiat Egea
  • Fiat Linea
  • Ford Focus
  • Ford Tourneo Connect
  • Ford Transit Courier
  • Ford Transit Custom
  • Hyundai Accent Blue
  • Hyundai Tucson
  • Hyundai Elantra
  • Dacia Duster
  • Mini Kuper
  • Renault Fluence
  • Renault Kangoo
  • Renault Mégane
  • Renault Symbol
  • Toyota Corolla
  • Toyota Hilux
  • Volkswagen Amarok
  • Volkswagen Caddy
  • Togg T10X
  • Skoda Octavia
  • Honda City
  • Honda Civic
  • Nissan Qashqai
  • Volkswagen Golf

Helikopter, təyyarə və pilotsuz uçuş aparatları

  • Beechcraft Super King Air
  • Bell 206
  • MD Helicopters MD 600
  • Sikorski UH-60
  • Aérospatiale Alouette II
  • TAI Anka
  • Bayraktar Mini PUA
  • ĞAATAY VTOL PUA Pilotsuz uçuş aparatı

Furqon və avtobusları

  • Ford Transit
  • Ford Transit Kustom
  • Fiat Dukato
  • Isuzu Turkuaz
  • Otokar Sultan

Zirehli maşınlar

Üst