| Aşağı Maralyan | |
|---|---|
| 39°20′43″ şm. e. 47°13′05″ ş. u.HGYO | |
| Ölkə |
|
| Rayon | Cəbrayıl rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 170 m |
![]() Aşağı Maralyan | |

Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.
Tarixi
1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası
Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır. Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.
İqtisadiyyatı
Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Cəbrayıl rayonu qaralamaları
- Kənd qaralamaları
- Cəbrayıl rayonunun kəndləri
