Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı.

Abdin Fərzəliyev

  • Ana Səhifə
  • Abdin Fərzəliyev

Fərzəliyev Abdin Ələsgər oğlu (1967, Həmzəli, İliç rayonu) — Abşeron Rayon İcra Hakimiyyətinin başçısı.

Abdin Fərzəliyev
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
19 yanvar 2022-ci ildən
Əvvəlkiİradə Gülməmmədova
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
2005 – 19 yanvar 2022
Əvvəlkiİlqar Abbasov
SonrakıElgin Həbibullayev
Nizami Rayon İcra Hakimiyyətinin başçısı
2003 – 2005
ƏvvəlkiEldar Əzizov
SonrakıMehbalı Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1967(1967) (58–59 yaş)
Doğum yeri
  • Həmzəli, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Həmzəli kəndində anadan olmuşdur. 1985–1987-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir.

Təhsili

1974–1984-cü illərdə orta məktəbdə təhsil almışdır. 1985-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-bioloqiya fakültəsinə daxil olmuşdur. 1992-ci ildə isə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.

Ailəsi

Evlidir. 2 qızı var. Atası Fərzəliyev Ələsgər Hüseyn oğlu 1938-ci ildə Şərur rayonunun Həmzəli kəndində dünyaya gəlib. Ələsgər müəllim 2001-ci ildə 63 yaşında vəfat edib.

Fəaliyyəti

Abdin Fərzəliyev

1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi və təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və idman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və Kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü və YAP Siyasi Şurasının üzvüdür.

2001-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür. 2001–2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir.

İcra başçısı fəaliyyəti

2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.

19 yanvar 2022 tarixində Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

Mükafatları

  • yanvar 2012 — Rusiya "Dostluq" ordeni
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 02, 2026

    Azərbaycan musiqisi

  • Aprel 02, 2026

    Q:Dədə Qorqud

  • Mart 28, 2026

    Aqil Məlikov

  • Mart 26, 2026

    Çiçəkli bitkilər

  • Mart 31, 2026

    Amerika perseyası

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst