Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Elgin Şirin oğlu Həbibullayev — Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı (2022-ci il).

Elgin Həbibullayev

Vikipediya, azad ensiklopediya
Elgin Həbibullayev
Elgin Şirin oğlu Həbibullayev
Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı
Vəzifədədir
18 fevral 2022-ciildən
ƏvvəlkiAbdin Fərzəliyev
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri
2015 2022
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini
2012 2015
SonrakıTeymur Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi (49 yaş)
Doğum yeri Bakı

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2019
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı
(2019)

Elgin Şirin oğlu Həbibullayev — Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı (2022-ci il).

Həyatı

Elgin Şirin oğlu Həbibullayev 7 aprel 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Harvard Biznes Məktəbinin idarəetmə kurslarını bitirmişdir.

2000-2011-ci illərdə İcra Hakimiyyəti strukturlarında Ümumi şöbənin müdiri, Mənzillərin uçotu və bölüşdürülməsi şöbəsinin müdiri, Layihə smeta bürosunun rəisi və İcra Hakimiyyəti başçısının köməkçisi vəzifələrində çalışmışdır.

2012–2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmışdır.

2018–2022-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri vəzifəsində çalışmışdır.

Vətən müharibəsində qazanılan böyük Zəfərə həsr olunmuş “Fenomen” kitabının ideya müəllifidir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Mükafatları

2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Üst