Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eynia

Alçalan dağı

Vikipediya, azad ensiklopediya
Alçalan dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2603 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
  • Culfa

Alçalan dağı - Culfa rayonu ərazisində dağ (hünd. 2603,0 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan, onun Dəmirlisu-Kolanısu suayırıcısını təşkil edən eyniadlı qolunda zirvə. Ləkətağ kəndindən 4 km şimal-şərqdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən eyniadlı sinklinalın şimal qanadında və ondan şimalda izlənilən Kolanısu antiklinalının cənub qanadında) yerləşir. Cənub-şərq və cənub-qərb yamaclarında müvafiq olaraq şimal-şərq və şimal-qərb istiqamətli qırılmalar izlənilir. Cənub-qərb yamacında eyniyaşlı andezit-porfirit tərkibli kiçik subvulkanik kütlələrin çıxışları müşahidə olunur.

Həmçinin bax

Üst