| Camışölən dağı | |
|---|---|
| Ümumi məlumatlar | |
| Dağ sistemi | Kiçik Qafqaz |
| Mütləq hündürlüyü | 2920,0 m |
| Yerləşməsi | |
| Ölkə | |
| Rayon | |
Camışölən dağı – Şahbuz rayonunun ərazisində dağ (hünd. 2920,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Salvartı və Camal zirvələrinin arasındadır. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-şimal-qərb istiqamətli qırılmalar izlənilir.
Həmçinin bax
Kateqoriyalar:
- Əlifba sırasına görə dağlar
- Şahbuz rayonunun dağları