| Alıbəyli | |
|---|---|
| 40°05′44″ şm. e. 47°09′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdam rayonu |
| Bələdiyyə | Üçoğlan-Alıbəyli bələdiyyəsi |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 117 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ0246 |
| Nəqliyyat kodu | 02 |
![]() Alıbəyli | |
Alıbəyli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Bu kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Adı
Keçmiş adı Tərəkəmə Alıbəylidir. Kəndi tərəkəmə elatının alıbəyli tirəsi saldığı üçün belə adlandırılmışdır. Sonralar toponimin birinci komponenti düşmüşdür. Etnooykonimdir. 1933-cu ildə Cəlilabad rayonunun Qaralı inzibati ərazi vahidində də eyniadlı kənd qeydə alınmışdır.
Tarixi
Azərbaycan SSR-in 1926-cı il tarixli inzibati-ərazi bölgüsünə əsasən Alıbəyli kəndi Ağdam qəzasının Xındırıstan dairəsinə aid edilib.
1929-cu il inzibati ərazi islahatı nəticəsində Alıbəyli kəndi Azərbaycan SSR Üçoğlan kənd Şurasının (Sovetliyinin) tərkibində aid edilib.
1961 - 1977-ci illərdə Alıbəyli Üçoğlan Sovetliyində fəaliyyət göstərib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu ilə Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilmiş, onun nizamnaməsi qəbul edilmişdir.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: "7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi" yaradılıb.
Əhalisi
Şəxsiyyətləri
- Azər Rüstəmov — Xalq Artisti Qədir Rüstəmovun birinci xanımından olan oğlu.
Həmçinin bax
Ağdam rayonunun Alıbəyli bələdiyyəsi
Ağdam rayonunun Üçoğlan-Alıbəyli bələdiyyəsi
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Ağdam rayonunun kəndləri
