Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir.

İşıqlı Qaragöl

39°35′52″ şm. e. 46°13′53″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
İşıqlı Qaragöl
azərb. İşıqlı Qaragöl
Ümumi məlumatlar
Mütləq hündürlüyü 2657.5 m
Eni 1,2 km
Uzunluğu
  • 1,6 km
Sahil uzunluğu 5,01 km
Sahəsi
  • 1,747 km²
Həcmi > 9 hm³, 7.791.300 
Dərin yeri 8,5 m
Tökülən çay Həkəri çayı
Yerləşməsi
39°35′52″ şm. e. 46°13′53″ ş. u.HGYO
Ölkələr
  •  Azərbaycan
  •  Ermənistan
Rayonlar
İşıqlı Qaragöl xəritədə
İşıqlı Qaragöl
İşıqlı Qaragöl
İşıqlı Qaragöl xəritədə
İşıqlı Qaragöl
İşıqlı Qaragöl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir.

Topoqrafiya

Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və 1,92 km2 əraziyə malikdir. Gölün uzunluğu 1,6 km, eni 1,2 km, diametri 1,5 km, sahil xəttinin uzunluğu 5 km, suyun həcmi təqribən 9 milyon m3, maksimal dərinliyi 7,5 mertdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır.

Gölün ətrafındakı ərazi subalp çəmənliklərinə xas olan bitki örtüyü ilə örtülmüşdür. Gölün yaxınlığında 102 növ bitki qeydə alınmışdır. Hal-hazırda İşıqlı Qaragöl və onun ətraf əraziləri xüsusi mühafizə olunan təbiət ərazisi – yasaqlıqdır.

2021-ci il Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik

2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".

Həmçinin bax

Üst