Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Altay dilləri — Ural-Altay dilləri hipotezinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir

Altay dilləri

  • Ana Səhifə
  • Altay dilləri

Altay dilləri — Ural-Altay dilləri hipotezinin Altay qoluna verilən addır. Altay dilləri Avropadan, Orta Şərq və Orta Asiyadan Uzaq Şərqə qədər uzanan böyük bir ərazidə yayılmış dil ailəsi hipotezidir. Bu dil ailəsi hipotezinə türk, monqol və tunqus-mancur dillərinin daxil olduğu iddia edilir.

Altay dilləri Asiya qitəsində geniş bir coğrafiyada yayılmış dillər qrupu hipotezidir və bu qrupun daxilində Türk dilləri, Monqol dilləri, Tunqus-Mancur dilləri və bəzi tədqiqatçılara görə Koreya və Yapon dillərinin də yer aldığı iddia edilir. Lakin Altay dilləri ilə bağlı nəzəriyyə mübahisəlidir və dilçi alimlər arasında bu dillərin həqiqətən ortaq bir ailəyə aid olub-olmadığı barədə fikir ayrılığı var.

Bu dillərin xüsusiyyətləri arasında uyumlu saitlər, səslərin ardıcıl dəyişiklikləri, sözlərin köklərinin sabit qalması və əlavələrlə dəyişməsi kimi morfoloji xüsusiyyətlər yer alır. Hər bir qrupun özünəməxsus xüsusiyyətləri var:

1. Türk dilləri: Bu qrupda Azərbaycan, Türkmən, Qazax, Qırğız, Özbək, Uyğur və daha bir sıra dil yer alır. Bu dillər əsasən Orta Asiya, Qafqaz, Anadolu və Sibir bölgələrində danışılır.

2. Monqol dilləri: Monqol, Buryat və Kalmık dili bu qrupa daxildir. Bu dillər əsasən Monqolustan, Rusiya və Çində danışılır.

3. Tunqus-Mancur dilləri: Bu qrupa Evenk, Mancur və Nanay dili daxildir. Bu dillər əsasən Sibir və Şimali Çin bölgələrində danışılır.

Altay dilləri nəzəriyyəsi üzərində hələ də tədqiqatlar davam edir və bu dillərin ümumi bir ailəyə aid olub-olmaması barədə dəqiq bir konsensus yoxdur. Lakin bu dillərin arasında müəyyən qrammatik və fonetik oxşarlıqlar olduğu qəbul edilir.

Mündəricat

Tərkibi

Altay dil ailəsi türk, monqol, tunqus-mancur və koreya-yapon budaqlarına şaxələndirilir. Türk dillərinin çoxlu təsnifatı mövcuddur. Onlardan biri türk dillərini beş qrupa ayırır:

Bulqar, cənub-qərb, şimal-qərb, cənub-şərq və şimal-şərq. Bu qrupun bütün dilləri hazırda da bir-birinə çox yaxındır. Hazırda ölü dil olan bulqar və xəzər dilləri, habelə müasir çuvaş dili Bulqar qrupuna daxildir.

Cənub-qərb budağı ölü oğuz dilindən, türkmən, truxmen, azərbaycan, qaqauz və türk dillərindən təşkil olunmuşdur.

Tatar, başqırd, qazax, qırğız, altay, kumık, noqay, qaraqalpaq, qaraçay-balkar, qaraim, habelə ölü poloves və peçeneq dilləri; cənub-şərq qrupu özbək, uyğur və ölü caqatay dilləri Şimal-qərb qrupuna aiddir. Buraya yakut, tuva, xakas, şor, qaraqas, orxon habelə qədim uyqur ölü dili şimal-şərq dilinə aiddir.

Çingiz xanın imperiyasının dağılmasından sonra bir vaxtlar vahid olan monqol dili dialektlərə ayrılır və sonralar inkişaf edib müstəqil dillərə çevrildi. Hazırda monqol dillərinə: monqol, buryat, kalmık, moqol, monqor və daxur dilləri daxil edilir.

Altay dillərinin iddia olunan qolları:

  • Türk dilləri
    • Türkiyə türkcəsi
    • Azərbaycan türkcəsi
    • Özbək dili
    • Türkmən dili
    • Qazax dili
    • Qırğız dili
    • Uyğur dili
    • Tatar dili
    • Krım-tatar dili
    • Başqırd dili
    • Qaşqay dili
    • Qaraçay-balkar dili
    • Qaraqalpaq dili
    • Noqay dili
    • Qumuq dili
    • Qaqauz
    • Xələc dili
    • Karaim dili
    • Saka dili
    • Çuvaş dili
    • Saxa dili
    • Tuva dili
    • Xakas dili
    • Şor dili
    • Altay dili
    • Sarı uyğur dili
    • Salar dili
  • Monqol dilləri
    • Buryat dili
    • Kalmık dili
  • Tunqus-mancur dilləri
    • Mançur dili
    • Evenk dili
    • Even dili
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 05, 2026

    Milli Məclis

  • Aprel 12, 2026

    Siffeyn döyüşü

  • Aprel 14, 2026

    Hüquqi şəxs

  • Aprel 03, 2026

    Bayat tayfası

  • Mart 26, 2026

    Elxanilər dövləti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst