Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun ic

Anar Ələkbərov

  • Ana Səhifə
  • Anar Ələkbərov

Anar Sahib oğlu Ələkbərov (13 aprel 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru, Heydər Əliyev Fondunun icraçı direktoru; Azərbaycan Avtomobil Federasiyasının prezidenti.

Anar Ələkbərov
Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Vəzifədədir
29 noyabr 2019-cu ildən
Prezidentİlham Əliyev
Heydər Əliyev Mərkəzinin direktoru
Vəzifədədir
10 iyul 2012-ci ildən
Azərbaycan Avtomobil Federasiyasının prezidenti
Vəzifədədir
21 fevral 2014-cü ildən
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
11 aprel 2017 – 29 noyabr 2019
Vitse-prezidentMehriban Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 13 aprel 1977(1977-04-13) (48 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti siyasətçi
Atası Sahib Ələkbərov
Təltifləri "İncəsənət və ədəbiyyat" ordeni kavaleri — 2013 "Şöhrət" ordeni "Xidmətlərə görə" ordeninin komandor dərəcəsi — 2014 Polşa Respublikasının "Xidmətlərə görə" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Anar Ələkbərov Samux rayonunda anadan olub. O, 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2004-cü ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni" ilə təltif edilib.

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil Federasiyasının prezidenti seçilib.

2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı — "Komandor xaç" ordeni ilə təltif edilib.

2014-cü ildə "Mehriban Əliyeva — xeyirxahlıq və ümid mücəssəməsi" adlı məqaləsi və "Mehriban" adlı kitabı çap edilib.

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

6 may 2019 ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin 2019-cu il noyabrın 29-da imzaladığı sərəncamla Anar Ələkbərov Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun oğludur.

Həmçinin bax

  • Heydər Əliyev Mərkəzi
  • Heydər Əliyev Fondu
  • Sahib Ələkbərov
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 27, 2026

    Seyran Səxavət

  • Mart 27, 2026

    Ramiz Rövşən

  • Mart 26, 2026

    Azərbaycan Xalq Cümhuriyyəti

  • Mart 26, 2026

    Hüseyn ibn Əli

  • Mart 31, 2026

    Tahir İmanov

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst