Sahib Nurəddin oğlu Ələkbərov (10 yanvar 1952, Samux rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası i̇qtisadiyyat nazirinin müavini (2020-ci ildən), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri.
| Sahib Ələkbərov | |
|---|---|
Vəzifədədir | |
| 1 aprel 2020-ci ildən | |
| Nazir | Mikayıl Cabbarov |
| 2 iyul 2010 – 23 oktyabr 2019 | |
| Nazir | Fazil Məmmədov Mikayıl Cabbarov |
| 25 iyun 2009 – 2 iyul 2010 | |
| Sədr | Arif Vəliyev |
| 8 fevral 2005 – 25 iyun 2009 | |
| Əvvəlki | Tələt Məcidov |
| Sonrakı | Asif Əsgərov |
| 16 dekabr 1985 – 14 sentyabr 1991 | |
| Əvvəlki | Cahangir Müslümzadə |
| Sonrakı | ittifaq ləğv edilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 yanvar 1952 (74 yaş) |
| Doğum yeri |
|
| Təhsili | Azərbaycan Neft və Kimya İnstitutu (1972), Moskva İctimai Elmlər Akademiyası (1984) |
| Uşağı | Anar Ələkbərov |
| Rütbəsi | 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
| | |
| Təltifləri | |
Həyatı
Sahib Nurəddin oğlu Ələkbərov 1952-ci il yanvar ayının 10-da Samux rayonunda anadan olmuşdur.
1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), 1984-cü ildə isə Moskva İctimai Elmlər Akademiyasını bitirmişdir.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləmişdir. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olmuşdur.
2005-ci ildən 2009-cu ilədək Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı, 2009-cu ilin iyun ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2010-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər nazirinin müavini təyin edilmişdir.
2020-ci ilin aprel ayından İqtisadiyyat nazirinin müavini vəzifəsində çalışır.
11 fevral 2020-ci ildə vergi xidməti işçilərinin peşə bayramı günü ilə əlaqədar olaraq 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 10 yanvar 2022-ci ildə isə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun atasıdır.