Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası

Aratlı Curuğlu

40°30′ şm. e. 48°25′ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aratlı Curuğlu
40°30′ şm. e. 48°25′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Aratlı Curuğlu xəritədə
Aratlı Curuğlu
Aratlı Curuğlu

Aratlı Curuğlu (əvvəlki adı: İkinci Aratkənd) — Azərbaycan Respublikasının Ağsu rayonunun Ərəbuşağı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun İkinci Aratkənd kəndi Aratlı-Curuğlu kəndi adlandırılmışdır.

Tarixi

Aratkənd yaşayış məntəqəsinin adı 1917-ci ilə aid mənbələrdə Gorus–Aratkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkəndə I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər İkinci Aratkənd olmuşdur. 1992-ci ildən etibarən Birinci Aratkənd Maşadqanlı, ikinci Aratkənd isə Aratlı Curuğlu adlanır. Aratkənd etnonimi Monqol ordusu tərkibində Azərbaycana gəlmiş Oyratlarla bağlıdır. Curuğlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.

Coğrafiya

Aratlı Curuğlu kəndi Ağsudan 9 km cənub, Bakıdan 166 km qərb istiqamətində yerləşir.

Din

Kənddə Arat–Cuxurlu kənd məscidi dini icması fəaliyyət göstərir.

Həmçinin bax

  • Aratlı Curuğlu bələdiyyəsi
  • Maşadqanlı
Üst