| Bəyimli | |
|---|---|
| Ölkə |
|
Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun Çiyni kənd inzibati ərazi dairəsində kənd. 4 dekabr 2001-ci il tarixli 228-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası
Kəndin ərazisi keçmişdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır.
Tarixi
Tarixi abidələri
Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var.
Coğrafiyası və iqlimi
Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Ağsu rayonu qaralamaları
- Ağsu rayonunun kəndləri
