Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı – 6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü i

Araz Əlizadə

Vikipediya, azad ensiklopediya
Araz Əlizadə
Azərbaycan Sosial Demokrat Partiyasının sədri
30 iyun 2012 6 oktyabr 2022
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
10 dekabr 1989 1995
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Respublikasının Milli Məclisi V çağırış deputatı
2015 2020
Seçki dairəsi2015 — 35 saylı Xətai üçüncü
Əvvəlkiİqbal Ağazadə
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri
1995 30 iyun 2012
HəmsədrZərdüşt Əlizadə (1995-2001)
Ayaz Mütəllibov (2003-2012)
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıVəzifə ləğv edildi.
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
4 avqust 1991 1995
Seçki dairəsi223 nömrəli Dəliməmmədli
ƏvvəlkiƏlisaab Orucov
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 3 noyabr 1951(1951-11-03)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 6 oktyabr 2022(2022-10-06) (70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Partiya
  • Azərbaycan Sosial Demokrat Partiyası (1989–2022)
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti siyasətçi
Atası Məmməd Mübariz Əlizadə

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak etmiş namizəd.

Həyatı

Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur. Milliyyətcə azərbaycanlıdır. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir.

1985-ci ildə xuliqanlğa görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır.

1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədridir. (Partiya 1989-cu il dekabrın 10-da "Villi Brandtın Dostları Klubu"nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A. Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın – bazasında yaradılmışdır.)

1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olmuşdur. 1988–1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olmuş və onların rəhbərliyinə daxil olmuşdur.

1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak etmişdir.

6 oktyabr 2022-ci ildə onkoloji xəstəlik səbəbi ilə 70 yaşında ölmüşdür.

Ailəsi

Anası Zinyət Əlizadə . Atası Məmməd Mübariz Əlizadə dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə tərcümə edib. Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə ƏlizadəninZərdüşt Əlizadənin qardaşıdır.

Üst