Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Araz Əzimov

Vikipediya, azad ensiklopediya
Araz Əzimov
Azərbaycan Respublikası
Xarici İşlər Nazirinin müavini
Vəzifədədir
25 iyun 1994-cü ildən
Şəxsi məlumatlar
Doğum tarixi 13 iyun 1962(1962-06-13) (64 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti diplomat
Atası Böyükağa Əzimov
Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni — 2006
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat.

Həyatı

Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur.

1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır.

İngilis, fars, rus və türk dillərini bilir.

Evlidir, iki oğul atasıdır.

Üst