| Məlikli | |
|---|---|
| 40°06′17″ şm. e. 46°45′43″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Qarabağ iqtisadi rayonu |
| Rayon | Ağdərə rayonu |
| Tarixi və coğrafiyası | |
| Əvvəlki adı | Adıgözəlbəyli |
| Saat qurşağı |
|
| Rəqəmsal identifikatorlar | |
| Telefon kodu | +994 26 |
| Poçt indeksi | AZ5900 |
| Nəqliyyat kodu | 32 |
![]() Məlikli | |
Məlikli (əvvəlki adları: Maniklu, Adıgözəlbəyli) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası
Kəndin adı Manik çayının adından və -/M mənsubiyyət şəkilçisindən ibarətdir.
Digər adı Adıgözəlbəylidir. Kənd vaxtilə Qarabağ xanları nəslindən olan, "Qarabağnamə" əsərinin müəllifi Mirzə Adıgözəl bəyə (1780–1848) mənsub olduğu üçün belə adlanırdı.
1992-ci ildən kəndin adı Məlikli kimi rəsmiləşdirilmişdir.
Tarixi
1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Maniklu kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağdam rayonunun Maniklu kəndi Məlikli kəndi adlandırılmışdır. 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Məlikli kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Ağdərə rayonunun kəndləri
