Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.

Avey dağı

41°08′55″ şm. e. 45°13′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Avey dağı
Aveydağ mağarası
Aveydağ mağarası
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Kiçik Qafqaz
Mütləq hündürlüyü 992,5 m
Yerləşməsi
41°08′55″ şm. e. 45°13′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
  • Qazax rayonu
Avey dağı xəritədə
Avey dağı
Avey dağı
Avey dağı xəritədə
Avey dağı
Avey dağı

Avey dağı — Azərbaycanın Qazax rayonu ərazisində yerləşən Kiçik Qafqaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir.

Daş Salahlı kəndindən 12 km aralıdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri vardır. İbtidai görkəmli qayada çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi vardır. Ermənistan-Azərbaycan müharibəsi dövründə zirvəsinə giriş məhdud olmuşdur.

Avey sözünün mənası

Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılmışdı. Qədim türklərdə "Ay Tənqri" (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Azərbaycan SSR hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

Üst