Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Avstriya-Macarıstan müqaviləsi (alm. Ausgleich‎, mac. Kiegyezés) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imp

Avstriya-Macarıstan müqaviləsi

Vikipediya, azad ensiklopediya

Avstriya-Macarıstan müqaviləsi (alm. Ausgleich, mac. Kiegyezés) - 1867-ci ildə Avstriya ilə Macarıstan dövlətləri arasında imzalanan və Avstriya-Macarıstan imperiyasının yaradılması ilə nəticələnən müqavilə .

Haqqında

1866-cı ildə Prussiya-Avstriya müharibəsi zamanı əldə edilən məğlubiyyət və alman ittifaqının dağılması nəticəsində Avstriya öz nüfuzunu itirmişdi. Bundan başqa artmaqda olan sosial və milli-siyasi təzadları aradan qaldırmaq üçün imperiyanın modernləşməsi, radikal islahatlar tələb olunurdu. 1867-ci ildə Avstriya və Macarıstan müqavilə (alm. Ausgleich) imzaladılar. Həmin vaxtdan Avstriya imperiyası Avstriya-Macarıstan dualist monarxiyası kimi çıxış etdi. Müqaviləni Avstriya tərəfdən imperator Frans İosif, Macarıstan tərəfindən isə Ferens Deak imzalamışdır. Müqavilənin şərtləri aşağıdakılardır :

  • Avstriya-Macarıstan imperiyasının iki paytaxtı olacaq: Vyana və Budapeşt
  • Hər iki bölgənin ayrı ayrılıqda baş naziri və parlamenti olacaq
  • Avstriya-Macarıstan bir olaraq qalacaq
  • Ordu və donanma ortaq bir xarici işlər nazirliyi tərəfindən idarə ediləcək
  • Ortaq vətəndaşlıq olmayacaq.
  • Müqavilənin şərtlərinə 10 ildən bir yenidən baxılacaqdır.
Üst