Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abbasov Aydın Abbas oğlu (26 avqust 1976, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırışlarının deputatı.

Aydın Abbasov

Vikipediya, azad ensiklopediya
Aydın Abbasov
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2005 2015
Şəxsi məlumatlar
Doğum tarixi 26 avqust 1976(1976-08-26) (50 yaş)
Doğum yeri
  • Gəncə, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti (2001)
Fəaliyyəti siyasətçi
Atası Abbas Abbasov

Abbasov Aydın Abbas oğlu (26 avqust 1976, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin III və IV çağırışlarının deputatı.

Həyatı

Aydın Abbasov 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci ildə Gəncə şəhərində yerləşən 37 saylı Nizami birinci seçki dairəsindən bitərəf namizəd kimi deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, habelə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

Həmçinin bax

  • 1992–2006-cı illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini işləmiş Abbas Abbasovun oğludur.

İstinad

Üst