Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azər Baxşəliyev (3 iyul 1985 – 5 yanvar 2025, Nəsimi rayonu) — azərbaycanlı aktyor. O, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları i

Azər Baxşəliyev

  • Ana Səhifə
  • Azər Baxşəliyev

Azər Baxşəliyev (3 iyul 1985 – 5 yanvar 2025, Nəsimi rayonu) — azərbaycanlı aktyor. O, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazları ilə tanınırdı.

Azər Baxşəliyev
Doğum tarixi 3 iyul 1985(1985-07-03)
Vəfat tarixi 5 yanvar 2025(2025-01-05) (39 yaşında)
Vəfat yeri
  • Nəsimi rayonu, Bakı, Azərbaycan
Vəfat səbəbi böyrək çatışmazlığı[d]
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Nigar Baxşəliyeva
Uşağı 1
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Beynəlxalq Universiteti

Mündəricat

Həyatı

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Aktyor Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazları ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışıb. Azərbaycan Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib.

O, böyrək çatışmazlığından əziyyət çəkirdi və uzun müddətdir ki, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı. 2025-ci il yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ardınca mediada ölüm xəbərləri yayılıb. Daha sonra bu xəbər təkzib olunub və onun hazırda reanimasiyada olduğu, müalicələrinin davam etdiyi bildirilib. Daha sonra onun vəfat etdiyi müalicə olunduğu klinika tərəfindən mediaya təsdiqlənsə də, yeni məlumatlarda ürək fəaliyyətinin bərpa edildiyi, süni tənəffüs aparatına qoşulduğu və vəziyyətinin həddən artıq ağır kritik olduğu bildirilib. Yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 5-də "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Şəxsi həyatı

Memar Nigar Seyid ilə evli idi və bir qız övladı var.

Sovet maşınlarının modellərini yığmaq onun hobbisi idi.

Filmoqrafiya

  1. Bozbash Pictures (2011–2017)
  2. 3 bacı (teleserial, 2012)
  3. Ay brilliant (film, 2015)
  4. Axırıncı yol (2016)
  5. Stalinin başı (2017)
  6. Palata 106 (film, 2016)
  7. Bir xalanın sirri (film, 2018)
  8. Zarafat Bir Yana (veriliş, 2023–2024)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Aprel 21, 2026

    Cizak vilayəti

  • Aprel 02, 2026

    Hind-Avropa dilləri

  • Aprel 01, 2026

    ABŞ prezidentlərinin siyahısı

  • Aprel 16, 2026

    Mais Bərxudarov

  • Mart 26, 2026

    Cavanşir

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst