Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri — Azərbaycanı havadan ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla vəzifəli qoşun

Azərbaycan Hərbi Hava Qüvvələri

  • Ana Səhifə
  • Azərbaycan Hərbi Hava Qüvvələri

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri — Azərbaycanı havadan ola biləcək bütün təhdidlərə və hücumlara qarşı qorumaqla vəzifəli qoşun növü.

Azərbaycan Hərbi Hava Qüvvələri
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1919 — h.h
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları
Vəzifəsi Azərbaycanın ərazi bütövlüyünü havadan müdafiə
Sayı 12.000
Qərargah Nasosnı aviabazası
Döyüşlər
  • Qarabağ münaqişəsi,
  • Aprel döyüşləri,
  • Tovuz döyüşləri (2020)
Komandanlıq
Komandir Namiq İslamzadə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.

Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk təyyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib. 2014-cü ildən komandan Ramiz Tahirov olub. 2024-cü ildə Namiq İslamzadə komandan təyin olunub.

1994-cü ildə — atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə — Azərbaycanın illik hərbi büdcəsinin 80–90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir.

İnfrastruktur

Proqrama uyğun olaraq, 2008–2010-cu illər ərzində HHQ-nin aviaparkının modernləşdirilməsi aparılacaq və HHQ-nin aviaparkı təxminən 50%-dək müasir döyüş təyyarələri hesabına yeniləşdirilmişdir. Hərbi Hava Qüvvələrinin aerodromlarının modernizasiya proqramında Azərbaycanın ən aktiv tərəfdaşı ABŞ-dır. Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində H. Z. Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir edilib, aerodromun texniki təminatı, paraşüt-desant xidməti və əyləc paraşütlərinin yığılması binalarının inşasına başlanılıb. Əsas start komanda məntəqələri, mühəndislərin idarəetmə məntəqələri və mühəndis aviasiya xidmətinin heyətləri üçün binalar istifadəyə verilib.

2008-ci ilin sentyabr ayından etibarən, HHQ-nin mərkəzi idarəetmə sisteminin modernizasiya olunmasına Türkiyə kömək edib. Türkiyə ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, burada NATO standartlarına uyğun idarəetmə məntəqəsi yaradılacaq.

Azərbaycanda Rusiya Aerokosmik Qüvvələri tərəfindən idarə olunan Qəbələ RLS də var. Bu RLS Hind okeanına qədər olan ərazidən, yəni təqribən 6,000 km radiusda atılan istənilən raketi aşkar edə bilirdi. Lakin, 2012-ci ilin dekabr ayında Rusiya radarın işləmə müddətini uzatmaqla bağlı danışıqların uğursuzluqla nəticələndiyini bildirdi və RLS fəaliyyətini dayandırdı. Stansiya Azərbaycana geri verildi və RLS-ə aid olan bütün avadanlıqlar Rusiyaya aparıldı.

Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

HHQ müharibələrdə

Birinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı apardığımız hərbi əməliyyatlarda da helikopterçilərimiz 1993-cü ilin oktyabrında Kəlbəcərin işğalı zamanı 5 min nəfərin mühasirədən çıxarılmasında misilsiz qəhrəmanlıqlar göstərmişlər.

Hərbi Hava Qüvvələri Aprel döyüşlərində düşmənə uğurlu zərbələr endirmişdir. Döyüşdə 1 Mi-24 helikopteri itirilmiş, onun pilotları Təbriz Musazadə, Əbu Bəkir İsmayılov və Urfan Vəlizadə şəhid olmuşdular.

Vətən müharibəsində HHQ tərəfindən düşmənin hava hücumundan müdafiə sistemini məhv etmək məqsədilə "Qarabağ mücrüsü" adlı xüsusi əməliyyat planı hazırlandı. Bu, hərbçilərimizin düşmənin fikrini yayındırmaq üçün müxtəlif variantları idi. Düşmənin bütün növ zenit-raket komplekslərini işə salmağa vadar etmək üçün mövcud olan aviasiya vasitələri havaya qaldırıb kütləvi aviasiya zərbəsini imitasiya edildi. Həmin imitasiya vasitələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına daxil olmadan müxtəlif manevlər edirdilər. Ikinci tədbir kimi, düşmənin fəndi başa düşməməsi üçün Dövlət Sərhəd Xidmətinə məxsus, göyərtəsində pilot olmayan, "kukruznik" kimi tanından AN-2 təyyarələri düşmənin zenit-raket komplekslərinin məhvetmə zonasına yönləndirildi. Plan uğurla icra olundu və ilk günlərdə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birgə fəaliyyəti nəticəsində düşmənin hava hücumundan müdafiə sistemlərinin 70 faizi sıradan çıxarıldı. Bayraktar TB2, DSX-nin "IAI Harop", "Sky Striker" zərbə dronları düşmən hədəflərini anında məhv etdi.

Vətən müharibəsində 2 pilotumuz — Zaur Nudirəliyev və Ramiz Qasımov şəhid oldu və hər ikisi ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif olundular. Namiq İslamzadə, Elnur Qebedov, Rəşad Nadirov, Səfər Qurbanov, Rəşad Qasımlı da eyni mükafata layiq görüldü. Vətən müharibəsində DSX pilotları Abbas Qasımov və Xalid Gözəlov da ilk günlərdə şəhidlik zirvəsinə ucaldılar.

Qəzalar

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

İyul 2019-cu ildə Rəşad Atakişiyevin idarə etdiyi MiQ-29 qırıcı təyyarəsi Xəzər dənizi, Zarat kəndində uçuş edərkən qəzaya uğrayaraq şəhid olmuşdur.

Hazırda

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-texniki imkanlar baxımından yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. 2012-ci il məlumatına görə 8.000 nəfər personalın xidmət etdiyi Azərbaycan HHQ arsenalına 200-ə yaxın döyüş təyyarəsi, 160-a yaxın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı təyyarə və helikopter daxildir. HHQ-nin arsenalında "Aero L-39" təlim-hücumçu, müxtəlif təyinatlı MiQ-21, MiQ-29, Su-24, Su-25, İl-76, An-24, An-12, Tu-134A, Tu-16, Mi-2, Mi-8, Mi-24, Mi-35M markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin (Aerostar, Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı ildə Ukrayna ilə imzalanmış müqaviləyə əsasən Azərbaycan bu ölkədən 29 ədəd modernləşdirilmiş MiQ-29M döyüş təyyarəsi, həmçinin Mi-24 helikopterləri alıb. Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq çərçivəsində, Hərbi Hava Qüvvələrimizin MiQ-29 və Su-25 döyüş təyyarələri Belarusun "Müdafiə Təşəbbüsləri" müəssisəsi tərəfindən hazırlanan "Talisman" Gövdə Müdafiə Kompleksi (GMK) ilə də təhciz edilib.

2017-ci ildən etibarən, Pakistan Azərbaycana təlim məqsədilə "Super Mushshak" təyyarələrini təhvil verməyə başlayıb.

2020-ci ilin iyununda isə Türkiyədən yeni Silahli PUA-lar (Bayraktar TB2) alınmışdır.

26 iyun 2024-cü ildə Azərbaycan İtaliyadan Alenia C-27J Spartan hərbi nəqliyyat təyyarəsi almışdır.

25 sentyabr 2024-cü ildə Azərbaycan Pakistandan JF-17C Thunder Block 3 çoxməqsədli döyüş təyyarəsi almışdır.

Azərbaycan Çindən J-10CE döyüş təyyarəsi almağı planlaşdırır.J-10CE MİQ-29 qırıcılarını əvəz edəcək.

Azərbaycandakı hərbi aviabazalar
Azərbaycandakı hərbi aviabazalar

Bundan başqa, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin aviadəstəsi var ki, burada da əsasən dağlıq ərazilərdə əməliyyat zonalarına desant atmaq, qüvvələri təxliyə etmək və digər məqsədlər üçün istifadə edilən YaK markalı təyyarələr, həmçinin müxtəlif helikopterlər cəmləşib.[mənbə göstərilməlidir]

Rusiyalı hərbi-siyasi analitiki Aleksandr Xramçixinin iddiasına görə, Azərbaycan HHQ-yə aşağıdakı hərbi hissələr daxildir:

  • 843-cü qarışıq Aviasiya alayı ("Qala" hərbi-hava bazası),
  • 416-cı qırıcı-bombardmançı alayı (Kürdəmir),
  • 408-ci qırıcı alayı (Zeynalabdin bazası),
  • 422-ci kəşfiyyat alayı (Dəllər),(Təlim bazası)
  • 115-ci təlim alayı (Sangəçal) (DSX in Aviasiya dəstəsinə aiddir)
  • hərbi nəqliyyat alayı (Zeynalabdin bazası):

Təchizat

Azərbaycan HHQ-a məxsus MiQ-29 təyyarələri 2020 ZƏFƏR PARADI zamanı
Azərbaycan HHQ-a məxsus Su-25 təyyarələri 2011 paradı zamanı
Mil Mi-24-lər parad zamanı
Adı Şəkil Mənşə Tipi Variantı İstismardadır Qeydlər
Döyüş təyyarəsi
Chengdu J-10 Çin ÇXR çoxməqsədli CE sifariş ediləcək MiQ-29 döyüş təyyarəsini əvəz edəcək
JF-17C Thunder Pakistan PakistanÇin ÇXR
çoxməqsədli Block 3 40 ədəd sifariş edilib İlk 5 ədədi 25 sentyabr 2024-cü ildə Azərbaycan HHQ arsenalına daxil olub.
MiQ-29 SSRİ SSRİ çoxməqsədli MiQ-29S

MiQ-29UB

14 Ukraynadan 16 ədəd alınıb. Lakin onlardan 2-si Təlimlərdə Xəzər dənizinə düşüb. 3 ədədi təlimlərdə istifadə olunur.

Chengdu J-10CE döyüş təyyarəsi ilə əvəz ediləcək.

Su-25 SSRİ SSRİ Hücum Su-25
Su-25UB
Su-25ML
32
3
3
2002-ci ildə Gürcüstan Azərbaycana 6 ədəd Su-25 hücum təyyarəsi satıb. Daha 6 ədəd Su-25 və 1 ədəd Su-25UB 2005-ci ildə təhvil verildi, 2008–2015 ildə Gürcüstan Azərbaycana Tbilisi Aviasiya Zavodunun istehsalı olan 15 ədəd yeni Su-25 hücum təyyarəsi satmışdır, 2009–2012-ci illərdə Belarusiyadan 11 ədəd SU-25 alınıb.
Lakin 3 mart 2010-cu ildə Şəmkir rayonu ərazisində planlaşdırılmış təlim uçuşu zamanı 1 ədəd Su-25 qəza edərək yerə çırpılıb. Pilot həlak olub.2011-ci il fevralın 3-də 1 ədəd SU 25 təyyarəsi hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub. İkinci Qarabağ müharibəsində Polkovnik Zaur Nudirəliyevin idarə etdiyi Su-25 hücum təyyarəsi 4 oktyabr 2020-ci ildə Ermənistan Hava hücumundan müdafiə qüvvələri tərəfindən vuruldu. Təyyarənin pilotu polkovnik Zaur Nudirəliyev təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış və həlak olmuşdur.2023-cü ildə Türkiyə müdafiə sənayesi nazirliyi tərəfindən Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus Su-25 təyyarələri modernizasiya olunmağa başlanıb.
Nəqliyyat
Alenia C-27J Spartan İtaliya İtaliya Nəqliyyat NG 2 ədəd sifariş edilib 1 ədədi 26 iyun 2024-cü ildə Azərbaycan HHQ arsenalına daxil olub. Hər 2-si təhvil verilib
İlyuşin İL-76 SSRİ SSRİ Nəqliyyat İL-76TD 2
Helikopter
Bell 412 ABŞ ABŞ Çoxməqsədli AB 412 Naməlum
Bell 407 ABŞ ABŞ Çoxməqsədli Naməlum
MD Helicopters MD 500 ABŞ ABŞ Çoxməqsədli MD 530 Naməlum
ATE SuperHind Cənubi Afrika Respublikası CAR
Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Hücum Mi-24G SuperHind 12 "Mi-24G" CAR-ın "ATE" şirkəti və Ukraynanın Luç dizayn bürosu tərəfindən Mi-24 helikopterlərinin Azərbaycan HHQ üçün hazırlanan xüsusi modifikasiya olunmuş versiyasıdır. "G" hərfi "Gecə" mənasını verir və helikopterin gecə əməliyyatlarında effektiv olmasını bildirir.
Mil Mi-24 SSRİ SSRİ Hücum Mi-24V
Mi-24P
14
Mil Mi-17 Rusiya Rusiya Çoxməqsədli / Nəqliyyat Mi-17–1V 39 2010-cu ildə HHQ üçün 40 ədəd alınıb.1 ədədi 27 sentyabr 2020-ci il 2-ci Qarabağ müharibəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulmuşdur
Mil Mi-8 SSRİ SSRİ Çoxməqsədli 13
Ka-27 SSRİ SSRİ Çoxməqsədli Ka-32 4
Təlim
Aero L-39 Çexiya Çexiya Təlim / Hücum 12
Aero L-29 Çexiya Çexiya Təlim 28
PAC MFI-17 Mushshak Pakistan Pakistan Təlim MFI-395 Super Mushshak 10
PUA
Antonov An-2 SSRİ SSRİ
Polşa Polşa
Azərbaycan Azərbaycan
PUA-ya çevrilmiş təyyarə 60 İkinci Qarabağ müharibəsində bilinməyən sayda An-2 PUA-ya çevrilmişdir.
Bayraktar Akıncı Türkiyə Türkiyə Hücum Naməlum 2022-ci ildə Azərbaycana ixrac olunub.
Bayraktar TB2 Türkiyə Türkiyə Hücum Naməlum İkinci Qarabağ müharibəsində böyük rol oynadı.
STM Kargu Türkiyə Türkiyə Kamikaze Naməlum
IAI Harop İsrail İsrail Kamikaze Naməlum
Sky Striker İsrail İsrail Kamikaze Naməlum
Orbiter 1k İsrail İsrail
Azərbaycan Azərbaycan
Kamikaze 100+ Azərbaycanda istehsal olunur.
Orbiter 2M İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Orbiter 3 İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Orbiter 4 İsrail İsrail
Azərbaycan Azərbaycan
Müşahidə 50 Azərbaycanda istehsal olunur.
Hermes 450 İsrail İsrail Müşahidə 12
Hermes 900 İsrail İsrail Müşahidə 15
IAI Heron İsrail İsrail Müşahidə 15
IAI Searcher İsrail İsrail Müşahidə 15
Aerostar İsrail İsrail Müşahidə 14

Həmçinin bax

  • Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Hava Qüvvələri
  • Azərbaycan Silahlı Qüvvələri
  • Azərbaycan
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Qrenlandiya

  • Mart 26, 2026

    Assuriya

  • Mart 26, 2026

    Meşə

  • Mart 26, 2026

    Sünnilər

  • Mart 26, 2026

    Mikayıl Abdullayev

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst