Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarl

Azərbaycan Respublikasının xalq artisti

  • Ana Səhifə
  • Azərbaycan Respublikasının xalq artisti

Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad.

Azərbaycan Respublikasının xalq artisti
Fəxri adın döş nişanı (2009-cu ildən)

Ölkə  Azərbaycan
Tip fəxri ad
Status təqdim olunur
Statistika
Təsis tarixi 22 may 1998
İlk təltif
  • 4 may 1991; 24 may 1998
  • Nəriman Əzimov; Ağaxan Abdullayev
Son təltif
  • 17 mart 2021
  • Fuad Osmanov
Təltif sayı 296
Ardıcıllıq
Aşağı mükafat Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
Müvafiqdir Azərbaycan SSR xalq artisti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Fəxri adın verilmə üsulu

Azərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə verir.

Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər:

  1. fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda
  2. Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə

Təsis olunması

"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya Sənani və Roza Tağıyevaya verilmişdir. 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır.

Döş nişanı və vəsiqəsi

"Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.

1998 – 2008 2009 – indiyə kimi
Döş nişanı
Fəxri ad vəsiqəsi

Həmçinin bax

  • Azərbaycan SSR xalq artisti
  • Azərbaycan Respublikasının xalq artistlərinin siyahısı
  • Azərbaycan Respublikasının dövlət təltifləri
  • Azərbaycanın fəxri adları
  • Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi

Qeydlər

  1. Fəxri adın hüquqi baxımdan təsis edilməsi Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli, 706 nömrəli Fərmanına əsaslanır
  2. Hüquqi əsassız
  3. Hüquqi əsaslı
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Dehli sultanlığı

  • Mart 26, 2026

    Sünnilər

  • Mart 26, 2026

    Çiçəkli bitkilər

  • Mart 26, 2026

    Hüseyn ibn Əli

  • Mart 26, 2026

    Günəş sistemi

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst