Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan–BƏƏ münasibətləri — Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–BƏƏ münasibətləri

Vikipediya, azad ensiklopediya
Azərbaycan-BƏƏ münasibətləri
Azərbaycan və BƏƏ
 Azərbaycan  BƏƏ
Azərbaycandaki BƏƏ-nin səfirliyi
Səfir Məhəmməd Əl Bluşi
Ünvan Bakı, Nəsib bəy Yusifbəyli küçəsi, 144/108A
BƏƏ-daki Azərbaycanin səfirliyi
Səfir Elçin Bağırov
Ünvan Əbu-Dabi, Əl Quvali küçəsi Villa 4 Müşrif
Digər
Quruluş tarixi 1 sentyabr 1992
Dövriyyə 0,097 mlrd doll. (2024)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan–BƏƏ münasibətləriAzərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı mövcud ikitərəfli əlaqələr.

Tarixi

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır.

Diplomatik əlaqələr

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin sentyabrın 1-də qurulmuşdur.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur.

İlham Əliyev və Məhəmməd bin Zayed Əl-Nəhyan Noyabr 2023

Fövqəladə və səlahiyyətli səfirlər

İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər yaradılmışdır.

Azərbaycan Respublikasının 11 aprel 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilmişdir ki, həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilmişdir. Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarov, BƏƏ-nin Azərbaycandakı səfiri Mohamed Ahmed Alqubaisidir.

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Nizami Ələkbərov olmuşdur. 4 mart 2016-cı il tarixindən Cavanşir Paşazadə işçi qrupunun rəhbəridir.

Viza

BƏƏ-yə gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlara malik Azərbaycan vətəndaşları üçün 90 günə qədər viza tələb edilmir

Mədəni əlaqələr

1991-ci ildə Əbu-Dabidə Azərbaycan mədəniyyəti sərgisi, 2005-ci ildə isə turizm sərgisi təşkil edilmişdi.

BƏƏ-nin televiziya qrupu Azərbaycana gəlmiş, ölkə barədə film çəkmiş və həmin filmi İran körfəzinin bütün ölkələrində bir neçə dəfə nümayiş etdirmişdir.

Qarabağ mövzusu

BƏƏ-nin prezident sarayında və Qırmızı Aypara Cəmiyyətində Qarabağda baş verən hadisələri, qaçqınların vəziyyətini, erməni terrorçularının törətdikləri cinayətləri əks etdirən foto sərgilər təşkil edilmişdir.

Azərbaycanda baş verən hadisələri düzgün və olduğu kimi dünya ölkələrinə çatdırmaq məqsədilə Azərbaycana BƏƏ müxbirləri tez-tez gəlmişlər. BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda erməni faşistlərinin törətdikləri cinayətlərdən əziyyət çəkən uşaqlara, qaçqınlara və döyüş meydanlarında yaralanan əsgərlərə ərzaq, geyim və zəruri dava-dərmanlar göndərmişlər. BƏƏ-də Azərbaycan Respublikasına humanitar yardımın uzunmüddətli proqramı hazırlanmışdır.

İqtisadi əlaqələr

BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri də xarici ticarətdir. Azərbaycan Respublikasının Asiya ölkələri ilə ticarət əlaqələrində idxalatın 6-7, ixracatın isə 3-4 faizi BƏƏ-nin payına düşür (2005). Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.

Əmtəə dövriyyəsi (min doll.)

İl İxrac İdxal Ümumi dövriyyəsi
2020 10 706,27 29 507,51 40 213,78
2021 14 042,29 36 381,59 50 423,88
2022 71 684,51 31 307,09 102 991,6
2023 74 200,28 58 987,07 133 187,35
2024 57 764,11 39 040,90 96 805,01

Rəsmi sənədlər

Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında 23 sənəd imzalanmışdır.

İdman sahəsində əməkdaşlıq

Futbol qarşılaşmaları

Həmçinin bax

  • Azərbaycanın BƏƏ səfirliyi
  • Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi
Üst